Səfərəli Yaqub oğlu Babayev (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) – coğrafiya elmləri doktoru (2002), professor, Naxçıvan MR Əməkdar müəllimi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü (2003).[1]
Səfərəli Babayev | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1923(1923-03-15) |
Doğum yeri | |
Vəfat tarixi | 2003 |
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
![]() |
Səfərəli Babayev 1923-cü ildə Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur.[1]
Elmdə məşğul olduğu əsas sahə fiziki coğrafiya, landşaftların tədqiqi olmuşdur. Elmi tədqiqatları əsasən Naxçıvan MR-nın fiziki coğrafiyası, təbii sərvətləri, təbiətin mühafizəsi, toponimikası və s. öyrənilməsinə həsr olunmuşdur. Onlarla elmi əsərin müəllifidir. Onun bir çox əsərləri daha çox elmi əhəmiyyətə malikdir.Onun 8-i xaricdə çap olunmaqla, ümumilikdə 85 elmi əsəri işıq üzü görmüşdür.[1]
“Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında Naxçıvan diyarının qədim Azərbaycan torpağı olduğu inandırıcı dəlillərlə sübut olunmuşdur. Bu əsərə görə ona "Əməkdar elm xadimi fəxri" adı verilmişdir. Alimin bir çox elmi-praktik təklifləri həyata keçirilmişdir. Onun rəhbərliyi ilə ilk dəfə muxtar respublikanın təbii şəraiti toplum halında öyrənilmiş, landşaftının təsnifatı, səciyyəsi, xəritəsi verilmişdir.[1]