. Love.az

Sefer Elimemmedov - Wikipedia - Love.az

Ana Səhifə - Sefer Elimemmedov

Səfər Hüseynzadə Əliməmmədov (Alməmmədov) (1901, İrəvan – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi və jurnalisti, Ermənistan, Qırğızıstan və Azərbaycanın xalq ədliyyə komissarı (ədliyyə naziri).

Səfər Əliməmmədov
Azərbaycan SSR ədliyyə naziri
28 mart 1946 – 17 aprel 1954
Əvvəlkivəzifənin adı dəyişdirilib
Sonrakıİshaq Gülməmmədov
Azərbaycan SSR xalq ədliyyə komissarı
27 avqust 1945 – 28 mart 1946
ƏvvəlkiƏmrulla Səmədzadə
Sonrakıvəzifənin adı dəyişdirilib
Qırğızıstan SSR xalq ədliyyə komissarı
22 avqust 1942 – 4 iyun 1945
ƏvvəlkiSergey Klimov
Sonrakıİvan Lavrenkov
Ermənistan SSR xalq ədliyyə komissarı
14 iyul 1938 – 27 dekabr 1940
ƏvvəlkiHabet Abacyan
SonrakıKacik Hakopyan
Şəxsi məlumatlar
Doğum tarixi 1901
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi bilinmir

Həyatı

redaktə

Səfər Hüseynzadə (Hüseyn oğlu) Əliməmmədov 1901-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan rus-tatar məktəbini bitirmişdir.[1]

Sovet hakimiyyəti dövründə Səfər Əliməmmədov partiya təşkilatlarında çalışmış, 1928–1929-cu illərdə Ağbaba Partiya Komitəsinin təlimatçısı olmuşdur. 12 noyabr 1936-cı ildən 17 mart 1937-ci ilədək "Qızıl şəfəq" qəzetinin redaktoru işləmiş, 1937–1938-ci illərdə Ermənistan K(b)P Mərkəzi Komitəsinin partiya orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[1]

Səfər Əliməmmədov 14 iyul 1938-ci ildə, Ermənistan SSR Ali Sovetinin 1-ci çağırışının ilk sessiyasında formalaşdırılmış hökumətin tərkibinə Ermənistan SSR xalq ədliyyə komissarı olaraq daxil edilmişdir. 27 dekabr 1940-cı ilədək bu vəzifədə çalışmışdır.[2] Daha sonra Qırğızıstana göndərilmiş və 22 avqust 1942-ci ildən 4 iyun 1945-ci ilədək Qırğızıstan SSR xalq ədliyyə komissarı vəzifəsində çalışmışdır.[3] 1945-ci ildə Azərbaycana gəlmiş və 27 avqust 1945-ci ildə Azərbaycan SSR xalq ədliyyə komissarı təyin olunmuşdur. O, ədliyyə naziri vəzifəsində 17 aprel 1954-cü ilədək işləmişdir.

Həmçinin bax

redaktə
  • Azərbaycan ədliyyə nazirlərinin siyahısı

İstinadlar

redaktə
  1. ↑ 1 2 Cəlal Allahverdiyev. Qərbi Azərbaycan mətbuatı tarixi. Səda. 2024. səh. 128–129.
  2. ↑ "История". Министерство юстиции Республики Армения (rus). 11 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  3. ↑ Н. А. Алымкулов. СНК Киргизской ССР В 1941–1945 гг.: количественный и качественный состав. (rus). Вестник КРСУ. С. 4. 2025-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səfər_Əliməmmədov&oldid=7994579"
LOVE.AZ