. Love.az

Seferabad Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Seferabad Mescidi

Səfərabad məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid Aprel işğalından sonra sökülüb, yerində isə park salınıb.

Səfərabad məscidi
Xəritə
40°40′59″ şm. e. 46°21′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Nizami və Qəmbər Hüseyinli küçələrinin kəsişməsi
Üslubu Arran memarlıq məktəbi

Haqqında

redaktə

Səfərabad məscidi XX əsrin əvvəllərində Gəncə şəhərinin Səfərabad məhəlləsində tikilib.[1] Məscidin tikintisi məhəllə sakinlərinin maliyyəsi ilə baş tutub.[2] Məscid günbəzsiz və minarəsiz olub.[1] Məscidin ilk axundu Hacı Yaqub Baratzadə olub.[3]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[5] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[5][6] Səfərabad məscidi də bu dövrdə ibadətə bağlanıb daha sonra isə sökülüb. Məscidlə yanaşı məscidin yanında yerləşən Səfərabad qəbiristanlığı da dağıdılıb. Sonradan məscidin və qəbiristanlığın yerində park salınıb.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 139. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  2. ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 167. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. ↑ 1 2 "Sovet dövründə ateizm təbliğatı nəticəsində sökülən Səfərabad məscidi". gencexeber.az (az.). 2023-08-15. İstifadə tarixi: 2024-10-28.
  4. ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  5. ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  6. ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səfərabad_məscidi&oldid=7826761"
LOVE.AZ