Səhihi-Müslim (ərəb. صحيح مسلم) — əsl adı "əl-Cəmius-Səhih"[1] olan Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) ikincisi.[2] Əhli-Sünnənin güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir.
Səhihi-Müslim | |
---|---|
ərəb. صحيح مسلم | |
![]() | |
Müəllif | Müslüm ibn Həccac |
Orijinalın dili | ərəb dili |
Ölkə | Abbasilər |
![]() |
Kitabın müəllifi (206–261/821–875) Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir.[1] Hicrətin 206-cı ilində indiki İranın Nişapur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir. O əslən iranlıdır və milliyyəti haqda ixtilaf vardır ki, ərəb və yaxud fars mənşəlidir.
Kitab cildlərə bölünür (cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda, kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Təkrarları çıxmaq şərtilə kitabda 3033 hədis var. Ümumilikdə isə kitabda 7275 hədis var.[3] Səhiheynin ehtiva etdiyi hədislər haqqında İbni Salah (h. 577–643) bunları demişdir:
"Bizə Hureybdən rəvayət olundu. Deyib ki, Əbu Züratə ər-Razinin yanında idim. Deyərkən Müslim ibn Həccac gəldi və ona salam verərək bir müddət oturdu. Müzakirə etdilər. Getmək üçün qalxdığı zaman mən Əbu Züraya:
"Səhih adlı kitabda dörd min hədis toplayan bu zatmıdır?" - dedim.
"Əbu Züra geriyə qalanını kimə qoydu?" - dedi.
İbni Salah (577–643) deyir ki, Əbu Züra (v. hicri 164) bununla Müslimin kitabında təkrarsız olaraq dörd min əsil hədis olduğunu anlatmaq istəmişdir. Buxarinin kitabı üçün də təkrarları xaric, dörd min hədis; təkrarları ilə birlikdə 7275 hədis ehtiva etdiyini söyləmişdir."
Kitab Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub:
Vikimənbədə bu mətnin orijinalı var. Bax: Səhihi Müslim |