. Love.az

Selim Ibn Abdullah - Wikipedia - Love.az

Ana Səhifə - Selim Ibn Abdullah

Səlim ibn Abdullah (ərəb. سالم بن عبد الله) və ya Əbu Ömər Səlim ibn Abdillah ibn Ömər ibn Xəttab əl-Qureyşi əl-Ədəvi əl-Mədəni — Tabiin nəslinə mənsub mədinəli fəqih. Xəlifə Ömərin nəvəsidir.[1]

Səlim ibn Abdullah
ərəb. سالم بن عبد الله
Doğum yeri
  • Mədinə, Əməvilər xilafəti
Vəfat tarixi 725
Vəfat yeri
  • Mədinə, Əməvilər xilafəti
Dəfn yeri
  • Bəqi qəbiristanlığı
Atası Abdullah ibn Ömər
Elm sahəsi fiqh

Bioqrafiyası

redaktə

Osmanın xilafəti dövründə anadan olmuşdur. Atası Ömərin oğlu Abdullah, anası isə fars əsilzadəsi bir cariyədir. Bəzi mənbələr anasının Yezdəgerdin qızı olduğu demişdir. "Əbu Umeyr", "Əbu Abdullah" və "Əbu Munzir" kimi künyələri vardır.[1] Elmi, saleh əməlləri və zöhdü ilə məşhur olmuşdur. Atası Abdullah ibn Ömərdən, Aişə, Əbu Hüreyrə, Rafi ibn Xədic, Səfinə, Səid ibn əl-Müseyyib kimi alimlərdən dərs almışdır. Əmr ibn Dinar, İbn Şihab əz-Zühri, Musa ibn Uqbə, Hənzələ ibn Əbu Süfyan və başqalarının müəllimidir. Əhməd ibn Hənbəl və İshaq ibn Rahəveyh onun və atası Abdullah ibn Ömərin iştirak etdiyi isnadı ən səhih sənəd kimi qəbul etmişlər.[2] Onun vəfatı haqqında fikirlər müxtəlif olsa da Hişam ibn Əbdilməlikin dövründə vəfat etdiyi dəqiqdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "SÂLİM b. ABDULLAH b. ÖMER - سالم بن عبد الله بن عمر". 28.03.2025 tarixində arxivləşdirilib.
  2. ↑ Əbu Hənifə Numan ibn Sabit, Tərcümə və şərh edən: FİZULİ HÜSİYEV. əl-Fiqhul-Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 25–26. ISBN ISBN 978-9952-8221-7-5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səlim_ibn_Abdullah&oldid=8083566"
LOVE.AZ