Səlma bint Abdullah (ərəb. سلمى بنت عبدالله; 26 sentyabr 2000[1], Amman) — IV İordaniya kralı II Abdullahın qızlarından biri.[2]
Səlma bint Abdullah | |
---|---|
ərəb. سلمى بنت عبدالله | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 2000(2000-09-26)[1] (24 yaş) |
Doğum yeri | |
Atası | II Abdullah |
Anası | Raniyə əl-Abdullah |
Ailəsi | Haşimilər |
2000-ci ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı II Abdullah, anası isə kraliça Raniyadır. İlk təhsilini Amman Beynəlxalq Akademiyasında alan Səlma bint Abdullah 2018-ci ildə məzun oldu[3][4] və daha sonra ABŞ-a göndərildi. Burada Cənubi Kaliforniya Universitetində arxeologiya üzrə təhsil aldı[5] və 2023-cü ildə məzun oldu.
2017-ci ilin iyulunda atasının rəsmi Fransa ziyarətində iştirak etdi.[6]
2018-ci ildə Ammandakı Hərbi akademiyaya daxil oldu və bir neçə ay ərzində ilkin hərbi biliklər qazandı.[7] 24 noyabr 2018-ci ildə keçirilən mərasimlə ikinci dərəcəli leytenant rütbəsiylə ordu sıralarına qatıldı. 2020-ci ildə İordaniya Silahlı Qüvvələrindəki ilk qadın jet pilotçusu olaraq qeydə alındı.[8][9] 2023-cü ilin dekabrında birinci dərəcəli leytenant rütbəsinə yüksəldi.[10]