Səməd Əliyev — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent.
Səməd Əliyev | |
---|---|
Səməd Cahangir oğlu Əliyev | |
Doğum tarixi | (65 yaş) |
Doğum yeri | Amasiya rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Səməd Əliyev 1959-cu il noyabrın 7-də Ermənistan Respublikası Amasiya rayonunda anadan olub. 1966–1976-cı illərdə Amasiya rayon orta məktəbində təhsil alıb.
1976–1981-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983–1987-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasında təhsil alıb.
1987-ci ildə "Bir sinif üçüncü tərtib xüsusi törəməli qeyri-xətti diferensial tənliklər üçün qoyulmuş çoxölçülü qarışıq məsələnin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adı alıb.
1986-cı ildən BDU-da çalışır. BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında laboratorant (1986–1988), assisent (1988–1991), baş müəllim (1991–1998), dosent (1998–2000), Türkiyə Respublikasında (Afyon, İsparta) müəllim (2000–2007) və yenidən BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında dosent (2007-ci ildən) vəzifəsində çalışır.
Səməd Əliyev "Məktəb riyaziyyat kursunun elmi əsasları", "Çoxluqlar nəzəriyyəsi və riyazi məntiqin əsas elementləri", "Riyaziyyat (Hazırlq şöbəsində təhsil alan xarici tələbələrə)" dərslərini aparır.
Elmi tədqiqat sahəsinə "Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər" və "Riyaziyyatın tədrisi metodikası" sahələri daxildir.
21 elmi məqalənin, 2 kitabın və 1 emtodik vəsaitin müəllifidir.
Ailəlidir, bir övladı var.