Səmədabad — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd.[3][4]
Səmədabad | |
---|---|
39°32′29″ şm. e. 48°19′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1319[2] |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi burada yaradılmış qoyunçuluq sovxozu ilə əlaqədar bir müddət Sovxoz adlanmış, 1965-ci ildə kəndə Səməd Vurğunun adı verilmişdir. Memorial toponimdir.[5]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Muğan düzündə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 2200 | 1105 | 1095 |
2009[7] | ↗2591 | ↗1313 | ↗1278 |
Kənddə 1№-li və 2№-li Səmədabad kənd kitabxana filialları,[8] Səmədabad kənd Mədəniyyət Evi,[9] Səmədabad Poçt Şöbəsi (AZ1319) və Səmədabad EATS[10] fəaliyyət göstərir.
Kənddə Səmədabad kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Bundan başqa kənddə Səmədabad kənd uşaq bağçası fəaliyyətdədir.[13]
Kənddə Səmədabad kənd məscidi yerləşir.[14]
Kənddə Səmədabad kənd həkim məntəqəsi yerləşir.[15]