Səqaleyn hədisi (ər:حديث الثقلين) — İslam peyğəmbərindən mütəvatır (Ardı-ardına) Quran və itrətinə (Əhli-Beyt) görə nəql olan hədisdir.
انی تارک فیکم الثقلین کتاب الله وعترتی ما ان تمسکتم بهما لن تضلوا بعدی: کتاب الله فیهالهدی والنور حبل ممدود من السماء الی الارض وعترتی اهل بیتی وان اللطیف الخبیر قد اخبرنیانهما لن یفترقا حتی یردا علی الحوض وانظروا کیف تخلفونی فیهما
Tərcümə:
Əli Quranladır və Quran Əli ilə bu ikisi birbirlərindən Hovuzda (gölməçə) mənə gəlməyincə ayrılmayacaqlar.[2]
Səqəleyn hədisinin doğruluğu bir Dissertasiyada neçə il bundan əvvəl misirdə Darül Təqribi Məzahibi islami (دارالتقریب بین المذاهب الاسلامیه)-də isbat edilib və çap olunubdur.[3]
İbn Teymiyyə yazır:
"Səhihi-Müslim"dəki hədis yalnız Allahın kitabına sarılmağı əmr edir, lakin itrət barəsində yalnız "onları xatırlatmaq"la kifayətlənir. Buna görə də üç dəfə "uzəkkirukumullahə fi əhli-beyti" ifadəsinin təkrarı onlara sarılmağa əmr olunmadığını göstərir!"[6]
Müslim hədisi Zeyd ibn Ərqəmdən nəql etmişdir. O, Übeydullah ibn Ziyaddan qorxduğuna görə hədisi tam şəkildə nəql etməmiş, onun "itrətə sarılmaq" hissəsini ixtisara salmışdır. Bu müddəanın dəlili budur ki, Zeyd ibn Ərqəm bir çox hallarda bu hədisə toxunaraq onun mətnini məşhur yolla (təriqlə) nəql etmişdir ki, orada "itrətə sarılmaq" əmr olunur. Müslim, Zeyd ibn Ərqəmin hədisinin izahında "Əhli-beytə sarılmaq" ibarəsini gətirməmişdir. Bundan əlavə Əhməd ibn Hənbəl, nəql etdiyi hədisdə eynilə Müslimin ibarələrini qeyd etmiş və ona Əhli-beytə sarılmağa dair əmr edilən hissəsini əlavə etmişdir.[7] bu hədis təkcə Müslimin nəql etdiyi təriqlə xülasələnmir; əksinə o digər yollarla da nəql olunmuş və onlarda "Qurana və Əhli-beytə sarılmaq" yanaşı qeyd olunmuşdur. Belə ki, Tirmizi həmin hədisi Zeyd ibn Ərqəmdən bu şəkildə nəql etmişdir. Əhli-sünnət alimlərindən bir qrupu da Tirmizinin hədisinin sənədini səhih bilmişlər. Onların bəzləri qeyd edilir:
اِنِّى تَارِکٌ فِیکُم ُالثَّقَلَیْنِ; کِتَابَ اللهِ وَ عِتْرَتِى… "Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Allahın kitabı və itrətim."