. Love.az

Settar Zerdabli - Wikipedia - Love.az

Ana Səhifə - Settar Zerdabli
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 17 saat əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu — ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977).[2]

Səttar Zərdablı
Səttar Mahmud oğlu Zərdablı
Doğum adı Səttar Zərdablı
Təxəllüsü Səttar Zərdabi
Doğum tarixi 5 may 1937
Doğum yeri Allahqulubağı, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 oktyabr 2014 (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Allahqulubağı, Zərdab rayonu
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Fəaliyyəti şair[1]

Mündəricat

  • 1 Həyat və fəaliyyəti
    • 1.1 Musiqi bəstələnmiş şeirləri
    • 1.2 Əsərləri
    • 1.3 Filmoqrafiya
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Ədəbiyyat

Həyat və fəaliyyəti

redaktə

Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M. Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957–1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır.

1964–1979-cu illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H. Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş,[3] eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur.[4]

İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu. "Canımov qol çəkir", "Ərimi qaçırıblar", "Şəhərdə dəyyus var", "İt həkimi lazımdır", "Dilbər xanım qayınatamdır", "Nankorlar", "Aydan gələn oğlan" və başqa komediyaları dövlət və xalq teatrı səhnələrində oynanılmışdır. Həsən bəy Zərdabi çoxseriyalı bədii-sənədli filminin, "Durnalar qayıdır", "Qorbaçovun qudası" kinokomediyalarının senaristidir. 1977-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olan S. Zərdablı son illərdə fəaliyyətinin böyük bir hissəsini Həsən bəy Zərdabi irsinin təbliğinə həsr etmiş, 2014-cü ilin 29 oktyabrında 77 yaşında vəfat etmişdir.[5][6]

Musiqi bəstələnmiş şeirləri

redaktə
  • "Heydər bayrağının altından keçək!" (bəstəkar Namiq Nəbiyev);
  • "İpək yolu" (bəstəkar Şəfiqə Axundova);
  • "Bakı-Ceyhan" (bəstəkar Ramiz Mirişli);
  • "Kim sevirsə idmanı" (bəstəkar Oqtay Zülfüqarov).

Əsərləri

redaktə
  • "Çiçək sərgisi" (1968);
  • "Ucalıq" (1973);
  • "Mən gəncliyəm" (1978);
  • "Lenin haqqında nəğmələrim" (1980);
  • "Bayraqdarımız Lenin" (1982);
  • "Lenin haqqında nəğmələrim" (1988)

Filmoqrafiya

redaktə
  1. Defisit qliserin (film, 1975)
  2. Qıfıllı istirahət ocağı (film, 1975)
  3. Putyovka (film, 1975)
  4. Qunduzdan söhbət açaq (film, 1976)
  5. Baldızoğlu (film, 1977)
  6. Həsənbəy Zərdabi (film, 1992)

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan yuazıçıları". 2019-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  2. ↑ "İki Səttarın Azərbaycan Sevgisi". 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  3. ↑ "Milli Mətbuat Günü və Zərdabinin basdırılmayan sümükləri". 2019-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  4. ↑ ""Terror bəşəriyyətin düşmənidir" mövzusunda konfrans keçirilmişdir". 23 Jul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  5. ↑ "Zərdabi davamçısı baş redaktor vəfat edib". 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  6. ↑ "Settar Zerdabi (1937 - )". 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.

Xarici keçidlər

redaktə
  • Tanınmış jurnalist Səttar Zərdabi vəfat edib
  • "Nə Zərdabinin qohumu, nə Zərdabişünas, nə də Zərdabdanam…"

Ədəbiyyat

redaktə
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı — 2011
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səttar_Zərdablı&oldid=8164468"
LOVE.AZ