Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (fevral 2025) |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor.
Səxavət Nur | |
---|---|
Səxavət Xudabaxış oğlu Nurullayev | |
![]() | |
Doğum tarixi | (46 yaş) |
Doğum yeri | Quba, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İmza | |
sandigitalmedia.com |
Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub.
1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb.
2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub.
2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub.
2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub.
Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib.
2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
2008-ci ildə yaradılan Xəzər FM radiosunun rəhbəri kimi fəaliyyət göstərib, həmin radioda yayımlanan bir çox layihələrin müəllifi olub.
2010-cu ildə Xəzər TV-də müəllifi olduğu "Niyə də yox" verilişini hazırlayıb və təqdim edib.
2010-cu ilin avqust ayından etibarən Xəzər TV-də yayımlanan "Nuş olsun" verilişinin aparıcısı olub.
2007 - 2011-ci illərdə Azərbaycan Televiziyasının və Heydər Əliyev Fondunun layihəsi olan "Muğam Televiziya Müsabiqə"sinin aparıcısı kimi faəliyyət göstərib.
2012 - ci ildə Araz FM radiosunun müdiri və baş redaktoru təyin olunub.
2013 - cü ildə Araz fm və Xəzər Tv- nin birgə layihəsi olan "İmza Mən" verilişinin layihə rəhbəri və aparıcısı olub.
2014 - cü ildə ABŞ- a köçüb və hazırda Vaşinqtonda yaşayır.
2018 - cil ildə "Xəzər" Teleradiosunun dəvəti ilə Bakıya qayıdıb və bir müddət "Xəzər Fm" və "Araz FM" radiolarının rebranding- ni edib.
2019-2020-ci illərdə REAL TV-nin ABŞ bürosunun müxbiri vəzifəsində çalışıb.
2023- cü ildən etibarən, Youtube platformasında, Saha A Nour kanalı və “Americano” layihəsini yayımlayır.[1]