Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik,[1] faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı.
Səyavuş Aslan | |
---|---|
![]() | |
Doğum tarixi | 5 sentyabr 1935(1935-09-05) |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyun 2013(2013-06-27) (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | kino aktyoru, teatr aktyoru, aktyor |
Fəaliyyət illəri | 1954-cü ildən |
Teatr | Azərbaycan Dövlət Musiqili Komediya Teatrı |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID0039518 |
Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir.[2] 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur.
Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb:
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
2004-cü ildə Səyavuş Aslanın 70 illiyinə Əsgər Əsgərov tərəfindən 70-dən 1-ə… 1-dən 70-ə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Vikisitatda Səyavuş Aslan ilə əlaqədar sitatlar var. |