Hüseynli Səyavuş Kərim oğlu (2 sentyabr 1971, Kirovabad) — Azərbaycan aktyoru, teleaparıcısı, rejissoru; "SOY production"nın bədii rəhbəri və həmtəsisçisi. "BİZ+" jurnalının baş redaktoru (2007–2011).
Səyavuş Hüseynli | |
---|---|
![]() | |
Doğum tarixi | 2 sentyabr 1971(1971-09-02) (53 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Təhsili | |
![]() |
Səyavuş Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultasinə daxil olub, 1992-ci ildə universiteti bitirib.
1993–1996-cı illərdə hərbi xidmətdə olub.
Ailəlidir. 2 övladı var.
İlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub.
1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" teatrında aktyor kimi fəaliyyətə başlayıb (1989–1992). Teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb.
1993–1994-cü ildə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub. Sənət müəllimlərindən biri olan Bəxtiyar Xanızadə ilə yaradıcı əməkdaşlıq universitet illərindən başlayıb.
1992–1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edib. Bir sıra əyləncəli proqram və qısametrajlı televiziya filmlərinin yaranmasında aktyor və ssenarist kimi iştirak edib. Məşhur "Tramvay", "Tramvay 2", "Çarli Çaplin", "8 mart" və s. qısametrajlı komediya filmlərində baş rolların ifaçısı və ssenari müəlliflərindən olub.
1996-cı ildə istehsal olunan, A. P. Çexovun hekayəsinin motivləri əsasında çəkilən "Kiçik leytenant" bədii filminin ssenari müəllifi və baş rolun ifaçısıdır.
1997–1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edib. Bu müddətdə bir sıra əyləncəli proqramlarda və reklam çarxlarında rejissor, müəllif, aparıcı kimi fəaliyyət göstərib.
1998-ci il noyabrın 3-ü yaranan "SOY production" şirkətinin təsisçilərindən biri və bədii rəhbəridir. SOY şirkətini ilk layihəsi olan "Həftə Çal-çağırı" əyləncəli-informasiya proqramının aparıcısı və müəllifidir.
Səyavuş Hüseynli bir çox reklam çarxlarının, irimiqyaslı tədbirlərin, yubileylərin rejissorudur.
Quruluşçu rejissor, ideya müəllifi və rəhbəri olduğu televiziya layihələri: