Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Mollazadə (Fərhadova[1]) Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu – 19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor[2]
Səyyarə Mollazadə | |
---|---|
Səyyarə Məmməd qızı Mollazadə | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | İlisu kəndi, Qax rayonu |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı |
![]() |
Elmi dərəcəsi | Filologiya Elmləri Doktoru |
Elmi adı | Professor |
Təhsili |
S. Mollazadə Qaxın İlisu kəndində 1933-cü ildə doğulub. Atası Məmməd Fərhadov dövrünün savad sahiblərindən olub. Anası Səfiyyə xanım evdar qadın idi. Səyyarə 2–3 yaşında olanda atasının iş yerini Bakıya dəyişirlər və ailə Bakıya köçür. Müharibə başlayanda atası orduya səfərbər edilir. Buna görə də ailə təzədən İlisuya — babasının və nənəsinin yanına qayıdır. Səyyarə xanım 132 nömrəli məktəbdə oxuyub (atası müharibədən yaralı qayıdandan sonra yenidən Bakıya köçmüşdülər). Səyyarə o, zamankı ADU-nun filologiya fakültəsinə daxil olur. Səyyarə xanımın bir kursda oxuduğu tələbələr arasında gələcəkdə ölkənin şəxslər də var idi: mərhum şairlər Xəlil Rza, Əliağa Kürçaylı, akademik Bəkir Nəbiev. İstedadlı jurnalist və yazıçı Əlfi Qasımov, nəğməkar şair İslam Səfərli, müğənni Gülağa Məmmədov və s.
1965-ci ildə baş müəllim kimi fəaliyyətə başladığı Azərbaycan və rus dilləri kafedrasına 1969-cu ildə müdir seçilib.[3] 2008-ci ilə kimi bu vəzifədə çalışıb.[1] 1966-cı ildə namizdəlik disersertasiyasını müdafiə edib.[1] 1979-cu ildə doktorluq işi kimi "Azərbaycanın Şimal rayonlarının toponimiyası"[4] adlı dissertasiyası müdafiə edib. 1999-cu ildə çap olunmuş "Azərbaycan toponimləri (ensiklopedik lüğət)" kitabı çap olunub. 150 məqalənin, 8 kitabın müəllifidir, 12 elmlər namizədi yetişdirib, 50-dən çox dissertantın rəsmi opponenti olub.[5]
Erkən yaşlarında ailə qurub. İki övladı dünyaya gəlib.[mənbə göstərilməlidir]
Qızı :Səidə Molla-zadə Kardiolog
Oğlu: Fərhad Molla-zadə Əməkdar memar