. Love.az

Ssri Iran Dostluq Muqavilesi 1921 - Wikipedia - Love.az

Ana Səhifə - Ssri Iran Dostluq Muqavilesi 1921

SSRİ–İran dostluq müqaviləsi (rus. Советско-иранский договор о дружбе; fars. قرارداد ایران و شوروی ۱۹۲۱‎) — RSFSR və İran arasında 26 fevral 1921-ci ildə Moskvada bağlanmış ikitərəfli müqavilə.

SSRİ–İran dostluq müqaviləsi
İmzalanma tarixi 26 fevral 1921
İmzalanma yeri
  • Moskva
Tərəflər Georgi Çiçerin, Lev Karaxan, Mirzə Əliqulu xan Ənsari

Müqavilənin hazırlanması Fyodor Rotşteyn tərəfindən həyata keçirilmişdir. Müqavilənin şərtlərinə əsasən, tərəflər arasında əvvəllər əldə edilmiş bütün razılaşmalar ləğv edilib. Bundan əlavə, Sovet Rusiyası ilə İran arasında Xəzər dənizində gəmiçilik üçün tam və bərabər hüquqlar haqqında razılaşmalar əldə edildi. 26 fevral 1922-ci ildə Tehranda təsdiq edilmişdir. 7 iyun 1922-ci ildə Millətlər Liqasında qeydiyyatdan keçmişdir. 1941-ci ildə Sovet İttifaqı tərəfindən Şimali İrana qoşun yeridilməsi üçün əsas kimi xidmət etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ Густерин П. В. Советская дипломатия на мусульманском Востоке в 1917–1921 годах. — Саарбрюккен, 2014. — ISBN 978-3-659-17980-8.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=SSRİ–İran_dostluq_müqaviləsi_(1921)&oldid=7981194"
LOVE.AZ