. Love.az

Ssri Xalq Komissarlari Sovetinin Sedri - Wikipedia - Love.az

Ana Səhifə - Ssri Xalq Komissarlari Sovetinin Sedri

SSRİ Xalq Komissarları Sovetinin sədri (SSRİ XKS sədri) — 1923–1946-cı illərdə SSRİ hökumətinin başçısı (baş naziri).

SSRİ Xalq Komissarları Sovetinin sədri
Başçılıq edir Sovet Sosialist Respublikaları İttifaqı
Vəzifənin təsis tarixi 6 iyul 1923
Vəzifənin ləğv tarixi 15 mart 1946
SSRİ Xalq Komissarları Sovetinin ilk sədri Vladimir Lenin

Mündəricat

  • 1 Tarixi
    • 1.1 1923–1930
    • 1.2 1930–1941
    • 1.3 1941–1946
  • 2 Xalq Komissarları Sovetinin sədrləri və onların müavinləri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Tarixi

redaktə

SSRİ Xalq Komissarları Sovetinin sədri vəzifəsi SSRİ-nin yaradılması haqqında müqavilə ilə təsis edilmişdi. Sözügedən müqavilə 1922-ci il dekabrın 30-da keçirilən I Ümumittifaq Sovetlər qurultayının iclasında təsdiqləndikdən sonra qüvvəyə minmişdi.

1923–1930

redaktə

SSRİ Xalq Komissarları Sovetinin ilk sədri kimi 1923-cü il iyulun 6-da keçirilən SSRİ Mərkəzi İcraiyyə Komitəsinin ikinci sessiyasında Vladimir Lenin təyin olunmuşdu. Lakin həmin vaxt ağır xəstə olduğuna görə o bu vəzifəni, əsasən, formal şəkildə icra edir, ciddi şəkildə pozulmuş nitqi ilə ictimai işlərdə aktiv iştirak edə bilmirdi. Artıq Leninin ölümü (1924-cü il) ərəfəsində SSRİ Xalq Komissarları Sovetinə rəhbərlik faktiki olaraq Xalq Komissarları Soveti sədrinin müavini Aleksey Rıkov tərəfindən həyata keçirilirdi.

Leninin ölümündən sonra onu hökumət başçısı olaraq əvəz edən Aleksey Rıkov yeni iqtisadi siyasəti fəal şəkildə davam etdirir və 1920-ci illərin sonlarında onun məhdudlaşdırılmasına qarşı çıxırdı. O, Nikolay Buxarin və Mixail Tomksi ilə birlikdə İosif Stalinlə kollektivləşmə[1] və sənayeləşmənin məcburiliyi məsələsində mübahisələrə girərək beşillik iqtisadi inkişaf planı sisteminin qəbuluna qarşı çıxırdı. Bu isə partiya elitası tərəfindən narazılıqla qarşılanmışdı. İosif Stalin Rıkovla bağlı yazıçı Maksim Qorkiyə demişdi: "Fikirləşirik ki, Rıkovu dəyişək, artıq o, vəziyyəti idarə edə bilmir!" Rıkov isə Stalinə belə cavab vermişdi: "Sizin siyasətinizdən iqtisadiyyatın qoxusu belə gəlmir!"[2] 1929-cu ilin payızında o, ictimai şəkildə "səhvlərini" etiraf etdi və Stalinə məğlub oldu.[1]

Polşalı tarixçi Marian Kamil Dzevanovskinin fikrincə, Rıkov bu vəzifəyə Stalin tərəfindən Siyasi Büro daxilində ittifaqlar qurmaq məqsədilə gətirilmişdi. Dzevanovski hesab edirdi ki, əgər Lev Trotski sədr müavini postunu qəbul etsəydi, Leninin xələfi məhz o olardı.[3]

Rıkov 1924–1929-cu illərdə həm də Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq Komissarları Sovetinə (RSFSR XKS) rəhbərlik etmişdir. 1930-cu ilin dekabrında o, SSRİ hökumətinin başçısı vəzifəsindən kənarlaşdırılmış və tezliklə xalq poçt və teleqraf komissarı təyin olunmuşdu.

1930–1941

redaktə
 
İosif Stalin with Vyaçeslav Molotov

Aleksey Rıkovun yerinə Xalq Komissarları Sovetinə sədr təyin olunan Vyaçeslav Molotov bu postu ən uzun müddət (10 ildən çox) tutmuş şəxs olmuşdur. O, eyni zamanda Əmək və Müdafiə Şurası, SSRİ Xalq Komissarları Soveti yanında Ali İqtisadi Şura və 1939-cu ildən etibarən xalq xarici işlər komissarı vəzifələrini də icra etmişdi.

"[Molotov] əvvəlki dayaqlarını itirdiyi üçün zəifləmişdi. Xalq Komissarları Sovetinin yeni sədr müavinləri (Mikoyan, Bulqanin, Kaqanoviç, Voznesenski) Stalinə sadiq şəxslər idilər. Xalq Komissarları Sovetinin əksər qərarları əvvəlcədən Stalin və onun yaxın ətrafı tərəfindən bağ evində müzakirə olunurdu. Və əminəm ki, Kaqanoviçin aparatından olan şəxslər Molotov və onun köməkçilərinin hər addımını izləyirdilər. Ancaq onlar da eyni cür cavab tədbirləri görməyə başlamışdılar."

— SSRİ Xalq Komissarları Soveti sədrinin müavininin köməkçisi Mixail Smirtyukovun xatirələrindən

6 may 1941-ci ildə Molotov Xalq Komissarları Sovetinin sədri postundan azad edilərək sədr müavini təyin edildi. Molotovun vəzifədən getməsinin rəsmi səbəbi kimi eyni vaxtda həm hökumət başçısı, həm də xalq xarici işlər komissarı vəzifələrini icra etməyin çətinliyini əsas gətirərək verdiyi çoxsaylı istefa ərizələri göstərilmişdi.[4] Bəzi tarixçilərə görə bu istefanın əsl səbəbi İosif Stalinin şəxsi narazılığı və Almaniyanın SSRİ-yə qarşı gözlənilən hücumu ərəfəsində bütün hakimiyyətin partiya və hökumət səviyyəsində öz əlində cəmləmək istəyi idi.[5]

1941–1946

redaktə

Böyük Vətən müharibəsi dövründə, 30 iyun 1941-ci ildən 4 sentyabr 1945-ci ilədək SSRİ-də ali hakimiyyət Dövlət Müdafiə Komitəsinin əlində olmuşdur. Komitəyə rəhbərlik edən İosif Stalin həm də Xalq Komissarları Sovetinin və Xalq Müdafiə Komissarlığının başçısı idi. Müharibə dövründə xalq komissarlıqlarının fəaliyyəti Dövlət Müdafiə Komitəsinə tabe idi və komitənin ayrıca idarə aparatı yox idi. Belə ki, o, komissarlıqların inzibati imkanların hesabına fəaliyyət göstərirdi.

15 oktyabr 1941-ci ildə Dövlət Müdafiə Komitəsinin qərarı ilə Xalq Komissarları Soveti və digər dövlət qurumları Kuybışev şəhərinə təxliyə olunmuşdu. Buna baxmayaraq, SSRİ Dövlət Müdafiə Komitəsinin və Ali Baş Komandanlığın Baş Qərargahının rəhbəri olan Stalin Moskvada qalmışdı.

15 mart 1946-cı ildə SSRİ Nazirlər Sovetinin yaradılması ilə əlaqədar olaraq hökumət başçısı vəzifəsi "SSRİ Nazirlər Sovetinin sədri" adlandırıldı[6] və bu adla 1991-ci ilin yanvarınadək fəaliyyətini davam etdirdi.

Xalq Komissarları Sovetinin sədrləri və onların müavinləri

redaktə

Aşağıda SSRİ Xalq Komissarları Sovetinin sədrlərinin, birinci müavinlərinin və sədr müavinlərinin siyahısı verilmişdir. Sədrlər xronoloji ardıcıllıqla, onların müavinləri isə əlifba sırası ilə göstərilmiş, vəzifədə olduğu tarixlər isə mötərizədə verilmişdir.

Lenin hökuməti (1923–1924)
№ Sədr Sədr müavinləri
1  
Vladimir Lenin
(6 iyul 1923 – 21 yanvar 1924)
  • Lev Kamenev (6 iyul 1923 – 16 yanvar 1926)
  • Mamiya Oraxelaşvili (6 iyul 1923 – 21 may 1925)
  • Aleksey Rıkov (6 iyul 1923 – 2 fevral 1924)
  • Aleksandr Tsyurupa (6 iyul 1923 – 8 may 1928)
  • Vlas Çubar (6 iyul 1923 – 21 may 1925)


Rıkov hökuməti (1924–1930)
№ Sədr Sədr müavinləri
2  
Aleksey Rıkov
(2 fevral 1924 – 19 dekabr 1930)
  • Lev Kamenev (6 iyul 1923 – 16 yanvar 1926)
  • Valerian Kuybışev (16 yanvar 1926 – 5 noyabr 1926, 10 noyabr 1930 – 14 may 1934)
  • Mamiya Oraxelaşvili (6 iyul 1923 – 21 may 1925)
  • Serqo Orconikidze (5 noyabr 1926 – 10 noyabr 1930)
  • Yanis Rudzutak (16 yanvar 1926 – 25 may 1937)
  • Aleksandr Tsyurupa (6 iyul 1923 – 8 may 1928)
  • Vlas Çubar (6 iyul 1923 – 21 may 1925)
  • Vasili Şmidt (11 avqust 1928 – 1 dekabr 1930)


Molotov hökuməti (1930–1941)
№ Sədr Sədrin birinci müavinləri
3  
Vyaçeslav Molotov
(19 dekabr 1930 – 6 may 1941)
  • Nikolay Voznesenski (10 mart 1941 – 15 mart 1946)
  • Valerian Kuybışev (14 may 1934 – 25 yanvar 1935)
Sədr müavinləri
  • Andrey Andreyev (22 dekabr 1930 – 9 oktyabr 1931)
  • Nikolay Antipov (27 aprel 1935 – 21 iyun 1937)
  • Lavrenti Beriya (3 fevral 1941 – 15 mart 1946)
  • Nikolay Bulqanin (16 sentyabr 1938 – 15 may 1944)
  • Nikolay Voznesenski (4 aprel 1939 – 10 mart 1941)
  • Kliment Voroşilov (7 may 1940 – 15 mart 1946)
  • Andrey Vışinski (31 may 1939 – 15 may 1944)
  • Rozaliya Zemlyaçka (8 may 1939 – 26 avqust 1943)
  • Lazar Kaqanoviç (21 avqust 1938 – 15 may 1944)
  • Stanislav Kosior (19 yanvar 1938 – 3 may 1938)
  • Aleksey Kosıgin (17 aprel 1940 – 15 mart 1946)
  • Vyaçeslav Malışev (17 aprel 1940 – 15 may 1944)
  • Valeri Mejlauk (25 aprel 1934 – 25 fevral 1937, 17 oktyabr 1937 – 1 dekabr 1937)
  • Lev Mexlis (6 sentyabr 1940 – 15 may 1944)
  • Anastas Mikoyan (22 iyul 1937 – 15 mart 1946)
  • Mixail Pervuxin (17 aprel 1940 – 15 may 1944)
  • Yanis Rudzutak (16 yanvar 1926 – 25 may 1937)
  • Maksim Saburov (10 mart 1941 – 15 may 1944)
  • Vlas Çubar (24 aprel 1934 – 4 iyul 1938)
Stalin hökuməti (1941–1946)
№ Sədr Sədrin birinci müavinləri
4  
İosif Stalin
(6 may 1941 – 15 mart 1946)
  • Nikolay Voznesenski (10 mart 1941 – 15 mart 1946)
  • Vyaçeslav Molotov (16 avqust 1942 – 15 mart 1946)
Sədr müavinləri
  • Lavrenti Beriya (3 fevral 1941 – 15 mart 1946)
  • Nikolay Bulqanin (16 sentyabr 1938 – 15 may 1944)
  • Kliment Voroşilov (7 may 1940 – 15 mart 1946)
  • Andrey Vışinski (31 may 1939 – 15 may 1944)
  • Rozaliya Zemlyaçka (8 may 1939 – 26 avqust 1943)
  • Lazar Kaqanoviç (21 avqust 1938 – 15 may 1944, 20 dekabr 1944 – 15 mart 1946)
  • Aleksey Kosıgin (17 aprel 1940 – 15 mart 1946)
  • Georgi Malenkov (15 may 1944 – 15 mart 1946)
  • Vyaçeslav Malışev (17 aprel 1940 – 15 may 1944)
  • Lev Mexlis (6 sentyabr 1940 – 15 may 1944)
  • Anastas Mikoyan (22 iyul 1937 – 15 mart 1946)
  • Vyaçeslav Molotov (6 may 1941 – 16 avqust 1942)
  • Mixail Pervuxin (17 aprel 1940 – 15 may 1944)
  • Maksim Saburov (10 mart 1941 – 15 may 1944)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Троцкий, Л. Д. Моя жизнь. Т. 2. Москва: Книга. 1990. ISBN 5-212-00615-5.
  2. ↑ Баймухаметов, С. Т. "Дочь председателя Совнаркома" (rus). 11 avqust 2019 tarixində orijinalından arxivləşdirilib.
  3. ↑ Dziewanowski, M. K. Russia in the twentieth century (ingilis). Upper Saddle River, N.J.: Prentice Hall. 2003. səh. 162. ISBN 978-0-13-097852-3.
  4. ↑ "Вячеслав Михайлович Молотов (Скрябин)" (rus). Chronos. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2025.
  5. ↑ Вишлёв, О. В. Накануне 22 июня 1941 года (rus). Москва: Наука. 2001. ISBN 5-02-008725-4.
  6. ↑ О преобразовании Совета Народных Комиссаров СССР в Совет Министров СССР и Советов Народных Комиссаров союзных и автономных республик — в Советы Министров союзных и автономных республик: Закон СССР от 15 марта 1946 года // Ведомости Верховного Совета СССР (rus). № 10. 1946.

Həmçinin bax

redaktə
  • SSRİ Nazirlər Sovetinin sədri
  • SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=SSRİ_Xalq_Komissarları_Sovetinin_sədri&oldid=8125454"
LOVE.AZ