Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 34 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əliyev Saşa Əli oğlu (1951-2017) — ATU əsaslı kitabxanası direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Saşa Əliyev | |
---|---|
Əliyev Saşa Əli oğlu | |
Saşa Əliyev və İsmayıl Məmmədli | |
Doğum tarixi | |
Doğum yeri | Göyçə mahalı, Basarkeçər rayonu, Qanlı |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əli |
Fəaliyyəti | şair |
Saşa Əliyev 1951-ci il noyabrın 5-də Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Valideynlərini çox erkən itirən Saşa dayısı Əli Əliyevin himayəsində qalıb. 1958-ci ildə Torf 8 illik məktəbin 1-ci sinfinə daxil olur. 1968-ci ildə isə Çaxırlı kənd orta məktəbini bitirmişdir[1].
1971-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olur. 1977-ci ildə həmin fakültəni bitirir.
1972-ci ildən 1988-ci ilədək kənd klubunun müdiri işləyib. Eyni zamanda Şəfəq kənd orta məktəbində tarix və erməni dilindən dərs deyib. Rayonda dərc olunan “Vardenis” qəzetində məqalələri dərc olunub.
1988-ci ildən isə Bakı şəhərində yaşayır. Dövlət Statistika Komitəsi, Qaçqınlar Cəmiyyətində və müxtəlif cəmiyyətlərdə məsul vəzifələrdə çalışıb. Müxtəlif dövri mətbuatda deportasiya ilə bağlı maraqlı məqalələri dərc olunub.
1996-cı ilin may ayından Tibb Universitetinin əsaslı kitabxanasında direktor müavini işləyir.
2002-ci ildə Beynəlxalq Kitabxana Cəmiyyətinin xətti ilə İrəvanda keçirilən “Müasir dövrdə ali məktəb kitabxanalarının vəziyyəti” adlı seminarda iştirak edib.
2002-ci ildə “Dünyamızdan nigaranam” adlı şeir kitabı işıq üzü görüb.
2017-ci ildə vəfat edib.
Vikianbarda Saşa Əliyev ilə əlaqəli mediafayllar var. |