. Love.az

Sabir Elesgerov - Wikipedia - Love.az

Ana Səhifə - Sabir Elesgerov

Sabir Məmməd oğlu Ələsgərov (27 oktyabr 1936, Tiflis – 20 noyabr 2020, Bakı) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (1998).

Sabir Ələsgərov
Doğum tarixi 27 oktyabr 1936(1936-10-27)
Doğum yeri
  • Tiflis, Gürcüstan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 noyabr 2020(2020-11-20) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti diktor
Fəaliyyət illəri 1966–2006
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1990

Həyatı

redaktə

Sabir Məmməd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.[1]

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayan Sabir Ələsgərov 1966–1972-ci illərdə radionun, 1972–1990-cı illərdə isə televiziyanın baş diktoru olmuş, 1990–2006-cı illərdə televiziyanın diktorlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Xəbərlər" informasiya proqramının, "Səadət", "Günün nəbzi", "Səfa" kimi verilişlərin aparıcısı olmuşdur.[1]

Sabir Ələsgərov 20 noyabr 2020-ci ildə vəfat etmişdir.[2]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 4 noyabr 1998[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 8 may 1990[⇨]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Ələsgərov Sabir Məmməd oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin (10 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  2. ↑ "AZTV-nin sabiq diktoru, xalq artisti Sabir Ələsgərov vəfat edib". Sputnik Azərbaycan. 20 noyabr 2020. 8 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sabir_Ələsgərov&oldid=7941376"
LOVE.AZ