. Love.az

Sabri Ulker - Wikipedia - Love.az

Ana Səhifə - Sabri Ulker

Sabri Ülkər (1920, Aluşta – 12 iyun 2012, İstanbul) — məşhur türkiyəli şirniyyatçı və iş adamı. Dünyada məşhur şirniyyat və içki istehsalçısı olan "Ülker" şirkətinin əsasını qoyub.[1]

Sabri Ülkər
türk. Sabri Ülker
Doğum tarixi 1920
Doğum yeri
  • Aluşta
Vəfat tarixi 12 iyun 2012(2012-06-12)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Topqapı qəbiristanlığı[d]
Uşaqları
  • Murat Ülkər
Fəaliyyəti iş adamı, şirniyyatçı[d]
sabriulker.com.tr

Həyatı

redaktə

Sabri Ülker 1920-ci ildə Krımda dünyaya gəlib. Əslən krım tatarıdır. 1929-cu ildə ailəsi Alakat faciəsindən sonra Krımı tərk edərək Türkiyəyə gəlir. 21 iyun 1934-cü ildə Türkiyədə soyad qanunu çıxdıqdan sonra Sabrinin atası İslam bəy "Berksan" soyadını götürür. Sabri Berksan 3-cü sinifdən etibarən İstanbulda Kadırqa İbtidai məktəbində təhsil almağa başlayır. İbtidai məktəbi bitirdikdən sonra "İstanbul Erkek Lisesi"-ə daxil olur. Burada təhsil aldığı dövrdə imtahan verərək pulsuz yatılı təhsil almaq imkanı əldə edir və Bilecik liseyinə gedir. Yay tətillərində qardaşı Asimlə birlikdə Beslər Biskivit Fabrikasında işləyir. Ali təhsil üçün Sultanahmet İqtisadi və Ticarət Elmləri Məktəbinə daxil olur. İkinci Dünya müharibəsi bitdikdən sonra isə buranı da bitirir. 1944-cü ildə qardaşı Asimlə birlikdə şirniyyat istehsal etməyə başlayıb. İşləri yaxşı getdikcə şirkət böyüyür və onlar varlanırlar. 1953-cü ildə Sabri və qardaşı Asim "Berksan" soyadlarını dəyişib yeni "Ülker" soyadını götürürlər. 1979-cu ildə qardaşı Asim yenidən əvvəlki "Berksan" soyadını geri götürür. 1987-ci ildə Asim Berksan "Ülker" şirkətindəki 50 faiz səhmini qardaşı Sabri Ülkərə verərək özü yeni "Kar Gıda" şirkətini qurur. 2000-ci ildə "Ülker" şirkətini oğlu mUrad Ülkərə verir. 12 iyun 2012-ci ildə Sabri Ülkər vəfat edib.[2]

Həmçinin bax

redaktə
  • Alakat faciəsi

İstinadlar

redaktə
  1. ↑ "Sabri Ülker Kimdir, Nerelidir, Nerede Doğdu? Kaç Yaşında, Nerede ve Nasıl Öldü?" (rus. ). bolgegundem.com. 13 iyul 2019. 24 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
  2. ↑ "В Турции умер один из самых богатых крымских татар в мире" (rus. ). crimea24.info. 14 iyun 2012. 18 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sabri_Ülkər&oldid=8000280"
LOVE.AZ