. Love.az

Sadatosi Yasuqi - Wikipedia - Love.az

Ana Səhifə - Sadatosi Yasuqi

Sadatoşi Yasuqi (八杉貞利, Yasuqi Sadatoşi?, 16 sentyabr 1876[1], Tokio – 26 fevral 1966[1]) – Yaponiya müəllimi və dilçisi. Rus dili üzrə mütəxəssis olmuşdur.

Sadatoşi Yasuqi
yap. 八杉貞利
Doğum tarixi 16 sentyabr 1876(1876-09-16)[1]
Doğum yeri
  • Tokio, Yaponiya
Vəfat tarixi 26 fevral 1966(1966-02-26)[1] (89 yaşında)
Təhsili
  • Tokio Universiteti
Fəaliyyəti müəllim
Mükafatları "Bənövşəyi lent" medalı (Yaponiya)

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Sadatoşi Yasuqi 1876-cı ildə Tokioda doğulmuşdur. 1900-cü ildə Tokio Universitetinin filologiya fakültəsindən məzun olmuşdur.[2] O, rus ədəbiyyatının tərcüməçisi olan Futabatey Şimeyin azsaylı tələbələrindən biri olmuşdur. Futabateyin Tokio Xarici Dillər Məktəbindəki axşam dərslərinə qatılaraq ondan təsirlənmişdir. 1903-cü ildə Sankt-Peterburqa gedərək bir illiyinə Boduen de Kurtenenin tələbəsi olmuşdur.[3] Yaponiyaya qayıtdıqdan sonra Tokio Xarici Dillər Məktəbinin professoru olmuş və 1935-ci ilə qədər bu postda qalmışdır. Təqaüdə çıxdıqdan sonra emerit professor olmuşdur. Mütəmadi olaraq Rusiyaya səyahət edərək Moskva, Leninqrad, Sibir və Mancuriya kimi yerlərdə olmuşdur.[4]

Sahəsinin qabaqcıllarından hesab olunan Yasuqi pedaqoji fəaliyyətə diqqət ayırmışdır. O, müasir rus dili haqqında dərsliklər, qiraət kitabları, qrammatika kitabları, söhbət kitabları yazmış, Tokio Universitetində 2 illik rus dili kursları vermiş, 1935-ci ildə rusca-yaponca lüğət nəşr etdirmiş, rus dilinin qrammatikasını araşdırmışdır.[3] 1953-cü ildə rus dilinin qrammatikası haqqında yazdığı kitab həmin dövrdə bu mövzuda yazılmış ən ətraflı əsər hesab olunmuşdur.[5] Lakin o, Yaponiyada rus dilini müstəqil tədqiq edən dilçilər qrupu yarada bilməmişdir. Bunun səbəbi həmin dövrdə Yaponiya hökumətinin rus dilinə olan mənfi münasibəti idi.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. ↑ The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1907
  3. ↑ 1 2 3 Kimura. səh. 350
  4. ↑ The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1908
  5. ↑ Kimura. səh. 351

Ədəbiyyat

redaktə
  • Kimura, Şoiçi. "The Study of Russian in Japan". WORD (ingiliscə). 4 (9). 1953: 349–353. doi:10.1080/00437956.1953.11659479. İstifadə tarixi: 25 avqust 2023.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1907–1908. İstifadə tarixi: 25 avqust 2023.

Xarici keçidlər

redaktə
  • Sadatoşi Yasuqinin bioqrafiyası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sadatoşi_Yasuqi&oldid=7190157"
LOVE.AZ