. Love.az

Sakici Toyoda - Wikipedia - Love.az

Ana Səhifə - Sakici Toyoda

Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi?, 19 mart 1867, Fuçi rayonu[d][1] – 30 oktyabr 1930) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar.

Sakiçi Toyoda
yap. 豊田 佐吉
Doğum tarixi 19 mart 1867(1867-03-19)
Doğum yeri
  • Fuçi rayonu[d][1]
Vəfat tarixi 30 oktyabr 1930(1930-10-30) (63 yaşında)
Vəfat səbəbi Beyin qansızması, ağciyər iltihabı
Fəaliyyəti ixtiraçı, sahibkar, mühəndis, iqtisadçı
Mükafatları 3-cü dərəcəli "Müqəddəs xəzinə" ordeni (Yaponiya) — 1927 "Göy lent" medalı (Yaponiya) — 1912 "Göy lent" medalı (Yaponiya) — 1924
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 İlk illəri
  • 2 Karyerası
  • 3 Mükafatları
  • 4 İstinadlar

İlk illəri

redaktə

Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur.[2] O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi.[2] Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu.[2] Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır.[2]

Karyerası

redaktə

Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır.[3] 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür.[3] O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.[3] Onun bu dəzgahı həmin dövrdə geniş istifadə olunmuşdur.[3] O, ilk dəfə 1891-ci ildə patent hüququ əldə etmişdir.[3]

1894-cü ildə iplik çarxına malik maşın ixtira etmişdir.[3] Ticarət və sənaye sahəsində qazandığı uğurlar sayəsində güc ilə işləyən toxucu dəzgahları hazırlamağa başlamış və insan gücü ilə işləyən toxucu dəzgahı 3 il ərzində tamamlamışdır.[3] Növbəti il bu ixtirasına görə patent əldə etmişdir.[3] Bu, Yaponiyada ixtira olunmuş ilk güc ilə işləyən toxucu dəzgah olmuşdur.[3]

Toyoda 1903-cü ildə avtomatik arğac toxuculuğu üçün maşın dizaynını tamamlamışdır.[3] Bu, ilk avtomatik toxucu dəzgah ixtirası olmuşdur.[3] O, avtomatik toxucu dəzgahlarını inkişaf etdirməyə davam etmiş, 84 patentin və 35 yeni modelin müəllifi olmuşdur.[3]

Mükafatları

redaktə

Toyoda xidmətlərinə görə 1912-ci ildə "Göy lent" medalı ilə, 1927-ci ildə "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Yaponca Vikipediya (yap.). 2001.
  2. ↑ 1 2 3 4 "The Story of Sakichi Toyoda". Toyota Industries Corporation (ingiliscə). 29 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2022.
  3. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Ten Japanese Great Inventors". Japan Patent Office (ingiliscə). 29 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sakiçi_Toyoda&oldid=8009843"
LOVE.AZ