Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Saleh Süleyman oğlu Əhmədov (23 oktyabr 1958, Kirovabad – may 2020, Bakı) — Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı,[1] Gəncə Şəhər Xalq Deputatlar Məclisinin Deputatı (1990-1995).
Saleh Əhmədov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 oktyabr 1958(1958-10-23) |
Doğum yeri | |
Vəfat tarixi | may 2020 (61 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Saleh Əhmədov 1953-cü il oktyabrın 23-də Gəncə şəhərində anadan olub. Orta məktəbi Gəncədəki Səməd Vurğun adına 16 nömrəli məktəbdə almışdır. 1969-cu ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Mühəndiz Mexanik fakültəsinə daxil olub və 1974-ci ildə həmin institutdan məzun olmuşdur. Təhsilini başa vurduqdan sonra 1974–1976-cı illərdə Qori şəhərində həqiqi hərbi xidmətdə olub. Uzun illər Bakı və Gəncə şəhərində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1992-ci ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimi, 1992–1993-cü illərdə isə Gəncə Şəhər İcra Başçısının Müavini vəzifələrində çalışmışdır. 2020-ci ilin may ayında Bakı şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Gəncə şəhərində dəfn olunmuşdur.