. Love.az

Saleh Memmedov Dovlet Xadimi 1956 - Wikipedia - Love.az

Ana Səhifə - Saleh Memmedov Dovlet Xadimi 1956
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Saleh Məmmədov.

Saleh Məmmədəli oğlu Məmmədov (12 avqust 1956, Pələkli, Tovuz rayonu) — Azərbaycan Respublikasının sabiq maliyyə naziri (1992–1993), iqtisad elmləri dokturu, professor.

Saleh Məmmədov
Azərbaycan Respublikasının maliyyə naziri
5 oktyabr 1992[1] – 9 dekabr 1993[2]
ƏvvəlkiBədir Qarayev
SonrakıFikrət Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1956(1956-08-12) (68 yaş)
Doğum yeri
  • Pələkli, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti dövlət qulluqçusu

Həyatı

redaktə

Saleh Məmmədov 1956-cı ilin avqust ayının 12-də Tovuz rayonunun Çatax sovetliyinin Pələkli kəndində anadan olmuşdur. 1973-cü ildə rayonun Çatax kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973–1977-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və statistika fakültəsində təhsil almışdır. 1977–78-ci illərdə hərbi xidmətdə olmuşdur.

1980-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə ixtisası üzrə aspiranturasına daxil olmuş, aspiranturanı bitirərək, iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Ardınca, İ. A. Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunda doktorantura üzrə təhsilini davam etdirərək iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır.

Ailəlidir, üç övladı var.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində başlamış, doktorantura təhsilini bitirdikdən sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə kafedrasında fəaliyyət göstərmişdir.

Dövr ərzində, Azərbaycan KP MK-nin iqtisadi məsələlər üzrə katibinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində işləmişdir.

1992-ci ilin oktyabrında Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilmiş və 1993-cü ilin dekabrında vəzifəsindən azad edilmişdir. 17 mart 1993-cü il tarixində Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü təyin edilmişdir.[3] Bundan sonra fəaliyətini Bakı şəhər icra hakimiyyətində icra başçısının məsləhətçisi kimi davam etdirmiş, həmçinin müxtəlif universitetlərdə elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur.

"Azərbaycanın sosial-iqtisadi inkişaf proqramı (2000–2050-ci illər)" kitabının, "İnflyasiya və maliyyə bazarı" monoqrafiyasının müəllifidir.

İstinadlar

redaktə
  1. ↑ "S. M. Məmmədovun Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11.
  2. ↑ "S. M. Məmmədovun Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11.
  3. ↑ "Arxivlənmiş surət". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Saleh_Məmmədov_(dövlət_xadimi,_1956)&oldid=6956728"
LOVE.AZ