. Love.az

Saleh Memmedov Dovlet Xadimi 1958 - Wikipedia - Love.az

Ana Səhifə - Saleh Memmedov Dovlet Xadimi 1958
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Saleh Məmmədov.

Saleh Ərşad oğlu Məmmədov (1 mart 1958, Mirbəşir rayonu) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis,[1] "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti (2016).

Saleh Məmmədov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Vəzifədədir
21 dekabr 2017-ci ildən
Əvvəlkivəzifə təsis edilib
Azərbaycan Həndbol Federasiyasının prezidenti
Vəzifədədir
12 dekabr 2016-cı ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1958(1958-03-01) (67 yaş)
Doğum yeri
  • Mirbəşir rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fəaliyyəti mühəndis

Təltifləri "Şöhrət" ordeni — 2018 "Tərəqqi" medalı — 2010
Azərbaycan Respublikasının əməkdar mühəndisi — 2012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə vermiş və 1980-ci ildə müvəfəqiyyətlə institutun "Sənaye və mülki tikinti" fakültəsini bitirmişdir.

Saleh Məmmədov əmək fəaliyyətinə 06.08.1980–15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır.

1980–1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir.

O, 1982–1991-ci illərdə "Yoltəmirtikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991–1993-cü illərdə "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994–1995-ci illərdə "Azkommunkomplekttexnika" İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir.

1995–2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003–2015-ci illərdə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar "Azəryolservis" ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirmişdir.

S. Ə. Məmmədov 19.02.2015-ci il tarixdən "Azəryolservis" ASC sədrinin birinci müavini təyin edilmiş və "Azəryolservis" ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S. Ə. Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.

12 dekabr 2016-cı il tarixində S. Ə. Məmmədov "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

O, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işlədiyi dövrdə respublikanın ümumi istifadədə olan Beynəlxalq əhəmiyyətli (E-119, AH-8), M-1, M-4 və M-2 magistiral avtomobil yollarının böyük bir hissəsinin istismarı, həmçinin yerli əhəmiyyətli yollarının 100 km uzunluqda hissəsinin istismarı işlərinə rəhbərlik etmişdir.

Ailəlidir, dörd övladı var.

Mükafatları

redaktə

Saleh Məmmədov Respublika Prezidentinin 22.09.2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2].

10 aprel 2012-ci il tarixdə Saleh Məmmədov Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir[3].

21 fevral 2018-ci il tarixdə Saleh Məmmədov Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində görə xidmətlərinə görə "Şöhrət" ordeni iləilə təltif edilmişdir.[4].

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) kitabı, Bakı, 2015. v cild, səhifə:150–153.
  2. ↑ "Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2010-cu il tarixli, 744 nömrəli Sərəncamı". anl.az (az.). 22 sentyabr 2010. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2016. (#redundant_parameters)
  3. ↑ "Azərbaycan Respublikasında inşaat sahəsinin işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2151 nömrəli Sərəncamı". e-qanun.az (az.). 10 aprel 2012. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2016.
  4. ↑ "Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2018-ci il tarixli, 3703 nömrəli Sərəncamı". e-qanun.az (az.). 21 fevral 2018. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2018.

Xarici keçidlər

redaktə
  • İdarə Heyətinin Sədri
  • AHF-nin prezidenti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Saleh_Məmmədov_(dövlət_xadimi,_1958)&oldid=8033542"
LOVE.AZ