Salidə Şəmməd qızı Şərifova (Salidə Şəmmədqızı; 12 yanvar 1971, Tbilisi) — ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas, yazıçı; Filologiya elmləri doktoru (2012), AMEA-nın professoru (professor, 2019), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik, 2022); Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009), "Qızıl qələm" (2010), "Rəsul Rza" (2017), "İstinadda rekord" (2024) mükafatları laureatı, Prezident təqaüdçüsü (2016–2017).
Salidə Şərifova | |
---|---|
Doğum tarixi | 12 yanvar 1971(1971-01-12) (54 yaş) |
Doğum yeri | |
Elm sahələri | ədəbiyyat nəzəriyyəsi,ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi |
![]() |
Salidə Şərifova 12 yanvar 1971-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. 1988-ci ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuş və 1993-cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasının "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə daxil olmuş və 1996-cı ildə aspiranturanı bitirmişdir. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisidir.
1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır.
1996-cı ildə "İlk Azərbaycan romanları" mövzusunda namizədlik (10.01.03 (5716.01)- Azərbaycan ədəbiyyatı) mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası|Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü.
2012-ci ildə Rusiya Elmlər Akademiyası A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda "Теоретические аспекты жанрового многообразия азербайджанского романа (Azərbaycan romanlarının janr müxtəlifliyinin nəzəri aspektləri)" mövzusunda doktorluq (10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq) dissertasiyası müdafiə edərək Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi[1] tərəfindən filologiya elmləri doktoru adına layiq görülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiya qərarı ilə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən təqdim edilmiş filologiya elmləri doktoru dərəcəsi tanınmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan ədəbiyyatı ixtisası üzrə dosent elmi adına layiq görülmüşdü.
2019-cu ildə ədəbiyyatşünaslıq ixtisası üzrə AMEA-nın professoru seçilmişdir[2],[3]
2022-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik) seçilib[4],[5],[6];
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən filologiya elmləri üzrə ekspert şurasının eksperti kimi fəaliyyət göstərmişdir (2016–2018-ci illər, Azərbaycan, Bakı);
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.05 – Dissertasiya Şurasının üzvü kimi fəaliyyət göstərmiş və göstərməkdədir (2019 – hal-hazırda, Azərbaycan, Bakı)
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Nizami Gəncəvi adına Muzeyin nəzdində fəaliyyət göstərən Seminarın üzvü kimi fəaliyyət göstərmişdir (2019–2022, Azərbaycan, Bakı)
Maraq dairəsini ilk növbədə milli ədəbiyyatda roman janrının iki mərhələli yaranma nəzəriyyəsi, "roman-hekayətin" janr konstruksiyasının xüsusiyyətləri, müharibə romanın yeni tipinin formalaşması, romanda janr qarışıqlığı nəzəriyyəsi, kreollaşmış romanların romanın xüsusi növü kimi fərqlənməsi və s. çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası əhatə edir.
2022–2023-cü tədris ilində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun magistratura pilləsində Azərbaycan ədəbiyyatı (XX əsr (Sovet dövrü))[7] fənnindən mühazirələr oxumuşdur.