. Love.az

Salmanli - Wikipedia - Love.az

Ana Səhifə - Salmanli

Salmanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.

Salmanlı
39°41′19″ şm. e. 48°56′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Sabirabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Salmanlı xəritədə
Salmanlı
Salmanlı

Mündəricat

  • 1 Tarixi
  • 2 Təhsil
  • 3 İqlimi və coğrafiyası
  • 4 Təbiəti
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar

Tarixi

redaktə

Salmanlı rayonun ucqar kəndidir, kənd ilə Sabirabad rayonunun mərkəzi arasındakı məsafəsi 70 km-dir və şimaldan rayonun Muğan Gəncəli kəndiylə sərhəddir. Kənd cənubdan Salyan rayonun Aşağı Noxudlu kəndiylə sərhədir , Salmanlı kəndinin Salyan şəhəri ilə olan məsafəsi 12-kilometrdir.

Təhsil

redaktə

İqlimi və coğrafiyası

redaktə

Orta temperatur yanvarda 1,8 C, iyulda 36.5 C -dir. İllik yağıntı 300 mm-dir. Əsas çayı Kürdür. Əs asən, boz-çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri mövcuddur.[mənbə göstərilməlidir]

Təbiəti

redaktə

Salmanlı kəndin ərazisində bir çox təbiətə uyğunlaşmış canlılar var, bunlardan dovşan , tülkü, canavar, çaqqal, çöl pişiyi,quşlardan turac. Sürünənlərdən ən zəhərli ilan gürzə və başqa növ ilanlar da çoxluq təşkil edir.[mənbə göstərilməlidir]

İqtisadiyyatı

redaktə

Əsasən heyvandarlıq və bostançılıqla məşğul olan yerli əhali kənd təsərüffatı və əkinçiliklə də məşğul olur.Pamidor istixanaları və daha çox yonca, qarpız, yemiş, taxıl əkirlər. Son illər üzüm, xurma, badam, püstə və alça bağları salınmaqdadır. Kəndin əsas problemi yoldur. Yolu qışda acınacağlı vəziyyətdə olur.[mənbə göstərilməlidir]

İstinadlar

redaktə
Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Salmanlı&oldid=8046764"
LOVE.AZ