. Love.az

Samara Cayi - Wikipedia - Love.az

Ana Səhifə - Samara Cayi

Samara çayı (ukr. Сама́ра) — Ukraynada yerləşir və Dnepr çayının qollarından biridir. Samara və Dnepr çaylarının birləşdiyi yerdə Dnepr adlı bir şəhər yerləşir. Uzunluğu 300 km olan çayın 22,600 km²-lik su hövzəsi vardır. Çay əriyən qar suları ilə qidalandığı üçün su səviyyəsi nizamsızdır. Çayın eni 40 ilə 60 m arasında dəyişir.

Samara çayı
ukr. Сама́ра
Dneprin qollarından biri olan Samara çayı
Dneprin qollarından biri olan Samara çayı
Ölkə  Ukrayna
Vilayətlər
  • Donetsk vilayəti
  • Xarkov vilayəti
  • Dnepropetrovsk vilayəti
Mənbəyi Dnepr çayı
Mənsəbi Qara dəniz
Uzunluğu 311 km
Su sərfi 17 m³/san
Hövzəsinin sahəsi 22 600 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samara Çayının ən böyük qolları Vovotsça və Byk çaylarıdır. Çay üzərində qurulmuş ən böyük şəhərlər Ternivka və Novomoskovsk şəhərləridir.

Hövzəsi

redaktə

Çayın uzunluğu 311 km-dir. Çayın maililiyi isə 0.33 m/km-dir. Çayın hövzəsinin sahəsi 22.660 km²dir. Vadi əsasən trapesiya, asimmetrik, bəzi bölgələrdə açıq ifadə edilmir. Su sərfi isə 17 m³/saniyədir. Qar suları ilə qidalanır. Dekabrın əvvəlində donur, Martın sonunda isə buzu açılır. Bəzən isə ilboyu donuşluq olur.

Mənbə

redaktə
  • Samara çayı. Çaya turist axını Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine. "Poezdnik"
  • Samara çayı sahili boyunca Arxivləşdirilib 2019-04-07 at the Wayback Machine. "Skitalets"
  • Samara çayının mənsəbi və mənbəyi Arxivləşdirilib 2019-04-05 at the Wayback Machine. "Skitalets"
  • Samara çayının xəritəsi, şəkillərlə daha ətraflı.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Samara_çayı&oldid=6353333"
LOVE.AZ