Samirilər və ya Samaritanlar (samiri ivritcəsi: ࠔࠠࠌࠝࠓࠩࠉࠌ; ivritcə: שַמֶרִים, ərəbcə: السامريون) — qədim İsrail və Yəhuda krallıqlarının süqutundan sonra ortaya çıxmış etnik və dini icma. Onlar özlərini qədim İsrail tayfalarının (əsasən Efraim, Mənəssə və Levi) nəsillərindən hesab edirlər. Samirilərin dini Samaritan Tövratına əsaslanır və yəhudilikdən fərqlənən bəzi inancları vardır.
Samirilər ࠔࠠࠌࠝࠓࠩࠉࠌ | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Cəmi: Təxminən 800 nəfər![]() ![]() |
|
Dili | Samiri ivritcəsi |
Dini | Yəhudilik |
![]() |
Yəhudi dininə riayət etməklə yanaşı yəhudilər tərəfindən yəhudi qəbul edilməyən samirilər (Şomronim): "Şomronim" ivrit dilində "bir şeyi diqqətlə izləyən" mənasına gəlir.
Samirilərin tarixi çox qədimdir. Bizim e. ə. 722-ci ildə Şimali İsrail Krallığı süqut etdikdən sonra Assuriya imperatoru Sarqon İsrail xalqını Aşşura və Medlərin şəhərlərinə sürgün etmiş, Babil, Quta və Avvadan adamlar gətirərək İsrail oğullarının yerinə yerləşdirmişdir. Beləliklə, Şomron şəhərinin sakinləri ortaya çıxmış və bunlara "Şomronim" deyilmişdir.[1]
Yəhudilərin Tövratı ilə samirilərin Tövratı arasında altı minə yaxın fərq vardır. Samirilər Qüdsün yerinə Gerizimi müqəddəs yer kimi qəbul edir və özlərini həqiqi yəhudi kimi görürlər. Etiqad etdikləri sadəcə Tövratdır. Tövrat isə Musaya vəhy edilən beş kitabdan ibarətdir. İnanc əsasları da buna uyğun olaraq beşdir:
Samirilərin ibadət formaları müsəlmanlarınkına yaxındır. Müsəlmanlar kimi dəstəmaz alır, növbə ilə əlləri, ağzı, burnu, üzü, qulaqları, sağ və sol ayağı yuyurlar. Dəstəmaz əsnasında Tövratdan parçalar oxunur. İbadət dili aramicədir. Sinaqoqları da müsəlmanların məscidi kimidir. İçəridə stol, yaxud sıra yoxdur. İbadətlərində rüku və səcdə vardır. Müsəlmanların namazına bənzər şəkildə namaz qılırlar. Tədqiqatçılar bütün bunları uzun zaman müsəlmanların təsirinə məruz qalmaqla izah edirlər. Digərləri isə bunu samirilərin Musa şəriətini digər yəhudilərdən daha çox əslinə yaxın bir şəkildə davam etdirmələri ilə izah edirlər.[1] Onlar həmçinin qədim qurban ənənələrini də davam etdirirlər, xüsusən Fəsah (Pasxa) bayramında.[2]
Hal-hazırda samirilərin sayı çox azdır – təxminən 800 nəfər. Onlar əsasən İsraildə (Holon şəhəri) və Fələstində (Nablus yaxınlığında) yaşayırlar.[3]