. Love.az

Samiye Cahid Morqaya - Wikipedia - Love.az

Ana Səhifə - Samiye Cahid Morqaya

Samiyə Cahid Morqaya (türk. Sâmiye Cahid Morkaya; 1897, İstanbul – 1972, İstanbul) — Türkiyənin ilk qadın yarış avtomobili sürücüsü və çempionu, feminist, tənbur, kamança müəllimi.

Samiyə Cahid Morqaya
Doğum tarixi 1897
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 1972
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı
Fəaliyyəti yarış avtomobili pilotu[d], musiqi müəllimi

Həyatı

redaktə

Samiyə Cahid Morqaya Əmirlər Dərgahının son şeyxi İbrahim Şuadəddin Əfəndinin kiçik qızıdır. O, ibtidai təhsilini Yeddiqüllə Alman Məktəbində almışdır. İlk dəfə musiqiyə maraq göstərən Morqaya, Tənburi Cəmil bəydən səkkiz il musiqi dərsləri almışdır. 1922-ci ildə o, o illərin konservatoriyası sayılan Darüləlhanda (Nəğmələrin evi) imtahan verdikdən sonra, kamança müəllimi olur. Daha sonra sürücülük vəsiqəsini Pangaltı Amerika Qarajından almış və ilk lisenziyalı qadın sürücü adını almışdır. Samiyə Morqayanın ilk avtomobilini dövrünün siyasətçi və yazıçılarından biri, həm də onun həyat yoldaşı olan Burhan Cahid Morqaya almışdır.

O illərdə ilk olaraq avtomobillərin dayanıqlılıq səviyyəsini ölçən yarışlar əvəzinə, Turing Club tərəfindən müxtəlif formatlı yarışlar təşkil edilirdi. Turing Clubnun təşkil etdiyi yeni formatlı yarışlarda Samiyə Cahid Morqaya da iştirak edib. O, 1930-cu illərdə bu yarışlarda iştirak edən yeganə qadın sürücü olub. 1930- 1931-ci illərdə keçirilən yarışlarda qalib gələn Morqaya, 1932-ci ildə İstinyə ilə Zəncirliquyu arasında 9,5 kilometrlik trasda təşkil edilən rallidə qalib gələrək ilk çempionluğunu qazanmış oldu. Bu qələbə ilə o, həm də ilk qadın çempion avtomobil yarışçısı oldu. O dövrdə, yarışa qatılmış kişi yarışçıları Morqayanın ilk çempionluğuna "yarış qaydalarında qadınların da yarışa qatıla biləcəyini nəzərdə tutan maddə yoxdur" səbəbi ilə etiraz etmişdilər. Etirazlar nəticəsində keçirilən məhkəmə iclasında Sultan Əhməd Sülh Məhkəməsi yarışın çempionunun Morqaya olduğunu bildirərək etirazları rədd etdi. 1933-cü ildə keçirilən rallidə də qalib gələn Morqaya, 1934-cü ildəki yarışda Ford markalı avtomobili ilə qəza keçirərək, yaralanmışdı.[1][2]

İstinadlar

redaktə
  1. ↑ Nisvan " Tarihe Adını Yazdıran Kadınlar", TRT Belgesel, Erişim tarihi: 12 Haziran 2016
  2. ↑ Türkiye’nin ilk kadın ralli pilotu Arxivləşdirilib 2016-06-16 at the Wayback Machine, Hürriyet (gazete), Erişim tarihi: 12 Haziran 2016
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Samiyə_Cahid_Morqaya&oldid=8137794"
LOVE.AZ