. Love.az

Samrat Film 1982 - Wikipedia - Love.az

Ana Səhifə - Samrat Film 1982

Samrat – 1982-ci ildə Madan Mohlanın prodüserliyi ilə Seven Arts Pictures bayrağı altında istehsal edilmiş və Mohan Seqalın rejissoru olduğu hind dilində çəkilmiş triller filmidir. Baş rollarda Dharmendra, Jeetendra, Hema Malini və Zeenat Aman oynamışdırlar. Filmin musiqisi Laxmikant-Pyarelal tərəfindən bəstələmişdir. Film kassada “Orta” müvəffəqiyyət əldə etmişdir[1].

Samrat
Janr döyüş-triller[d]
Baş rollarda
  • Dharmendra
  • Citendra
  • Hema Malini
  • Zinət Aman
  • Amcad Xan
İlk baxış tarixi 1982
Ölkə
  •  Hindistan
Dil Hind dili
Rəng rəngli[d]
Çəkiliş yeri Malta
IMDb ID0265690

Süjet xətti

redaktə

“Samrat” (İmperator) ticarət gəmisi qaçaq yolla Hindistana qızıl və brillyant aparır. Quldurlar gəmini ələ keçirmək istəyir. Gəminin heyət üzvlərini öldürüb, kapitanı girov saxlayırlar. Kapitanın Suman adlı qızı, iki dostu - Ram və Racunun köməyilə atasını xilas etməyə çalışır.

İstinadlar

redaktə
  1. ↑ "Top Earners 1982". 2010-01-02. 2010-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Samrat_(film,_1982)&oldid=7201594"
LOVE.AZ