Samur dairəsi (rus. Самурский округ) — Rusiya imperiyası (Kaspi vilayəti, Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1839–1928-ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Axtı kəndi idi.
1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən dairədə 29.046 nəfəri kişilər, 28.122 nəfəri qadınlar olmaqla toplam 57.168 nəfər əhali yaşayırdı.[1] 1853-cü ilə olan məlumata əsasən isə dairənin bütün yaşayış yerlərində 29.848 nəfəri kişilər, 29.049 nəfəri qadınlar olmaqla toplam 58.897 nəfər əhali var idi.[2]