. Love.az

Sapporo Incesenet Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Sapporo Incesenet Muzeyi

Sapporo İncəsənət Muzeyi (札幌芸術の森美術館, Sapporo Qeycutsu no Mori Bicutsukan?) – Yaponiyanın Hokkaydo prefekturasının Sapporo şəhərində yerləşən incəsənət muzeyi. Sapporo İncəsənət Parkının tərkibinə daxildir.

Sapporo İncəsənət Muzeyi
Loqonun şəkli
Xəritə
Açılış tarixi 29 sentyabr 1990
Ölkə
  •  Yaponiya
Yerləşir Qeycutsunomori[d]
42°56′21″ şm. e. 141°20′24″ ş. u.HGYO
artpark.or.jp/shisetsu/s…
artpark.or.jp/en/map/#ma…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Ekspozisiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Muzey 1990-cı ilin sentyabrında açılmışdır.[1] Sapporo şəhəri tərəfindən yaradılmış ilk ictimai incəsənət muzeyidir.[2]

Ekspozisiya

redaktə

Sapporo İncəsənət Muzeyi Hokkaydo, xüsusilə, Sapporo şəhərindən olan sənətçilərin işlərinə həsr olunsa da, burada xarici sənətçilərin müasir incəsənət əsərləri, eləcə də, meşə və bəşəriyyət mövzusunda işlər də sərgilənir. Hər il muzeydə 5–7 incəsənət sərgisi keçirilir.[3] Muzeyin açıq səma altında yerləşən hissəsində 74 heykəl və Sato Tadayoşi Memorial Uşaq Atelyesi yerləşir. Muzeyin kolleksiyasına 612 yağlı boya rəsmi, 144 sulu boya rəsmi, 40 yapon rəsmi, 277 qravür, 75 foto, 299 heykəl, 7 əl işi, 118 qəbilə sənəti əsəri daxildir. Ümumilikdə kolleksiya 1572 əsərdən ibarətdir.[4]

Muzeydə Katsura Funakoşinin "Qar üzərində kölgələr" və Şiqeo Fukudanın "Stul kimi dincələk" heykəlləri sərgilənir.[4]

İstinadlar

redaktə
  1. ↑ "Sapporo İncəsənət Muzeyi". Sapporo İncəsənət Parkı (ingiliscə). Archived from the original on 2024-10-01. İstifadə tarixi: 1 oktyabr 2024.
  2. ↑ "札幌芸術の森美術館". Museum Kiyosu (yaponca). 1 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2024.
  3. ↑ "Sapporo İncəsənət Muzeyi". Sapporo İncəsənət Parkı (yaponca). Archived from the original on 2024-10-01. İstifadə tarixi: 1 oktyabr 2024.
  4. ↑ 1 2 "札幌芸術の森美術館". Hitachi (yaponca). 1 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2024.

Xarici keçidlər

redaktə
  • artpark.or.jp/shisetsu/sapporo-art-museum/ — rəsmi saytı
  • Keçmiş saytı (arxivləşdirilib)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sapporo_İncəsənət_Muzeyi&oldid=7802228"
LOVE.AZ