. Love.az

Saricali Saricali Agdam - Wikipedia - Love.az

Ana Səhifə - Saricali Saricali Agdam
Bu adın digər istifadə formaları üçün bax: Sarıcalı.
Bu adın digər istifadə formaları üçün bax: Sarıcalı (Ağdam).

Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.[1]

Sarıcalı
40°00′11″ şm. e. 46°59′10″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Ağdam rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Sarıcalı xəritədə
Sarıcalı
Sarıcalı
Sarıcalı xəritədə
Sarıcalı
Sarıcalı

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

23.07.1993-cü il tarixində ağır döyüşlər nəticəsində Ermənistan SQ tərəfindən Rusiya 4-cü ordusunun köməyi ilə işğal olunmuşdur.

20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

27.03.2025-ci il tarixindən (Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri) Ağdama Böyük Qayıdış Sarıcalı inzibati ərazi dairəsindəki Sarıcalı kəndindən başladı[2].

Toponimikası

redaktə

Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir.[3] Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu. 1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi. XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır. Ağdam rayonundakı Sarcalı kəndinin tam adı Dərgahlı Sarcalısı (Sovet dövründə "Ağdamkənd Sarcalısı") olmuşdur.[4]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2025-03-28.
  3. ↑ Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14
  4. ↑ B.Budaqov,Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı, 2005

Xarici keçidlər

redaktə
  • Youtube-da bax :Bir kəndin nağılı. Sarıcalı (film)
  • Ağdamda 1993-cü ildə öldürülən insanlara aid 15 ədəd sümük aşkarlandı - YENİLƏNİB
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sarıcalı_(Sarıcalı,_Ağdam)&oldid=8083975"
LOVE.AZ