Sarıcalar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur.[1][2]
kənd | |
Sarıcalar | |
---|---|
39°59′06″ şm. e. 44°25′56″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 8 km cənub-qərbdə, Zəngi çayının yanında yerləşirdi. Zəngibasar rayonu yaradılanadək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Saracalar formasında verilir[4]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Sarucalar kimidir[5][6]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1588-ci ilə aid mənbədə Qarabağda qışlayan bir el Sarıcalı adlanırdı[7] [167]. XIX əsrin əvvəllərində Qarabağda yaşayan tayfalardan biri Sarıcalı idi[8] Mənşəcə bu tayfa Əfşarlara məxsusdur.
Toponim sarıcalılar türk tayfasının adı[9][10] əsasında yaranmışdır. "Sarıcalı tayfasına mənsub yer" mənasını ifadə cdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 107 nəfər, 1873-cü ildə 354 nəfər, 1886-cı ildə 440 nəfər, 1897-ci ildə 460 nəfər, 1904-cü ildə 638 nəfər, 1914-cü ildə 811 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. 1918-ci ildə kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 207 nəfər, 1926-cı ildə 224 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kəndin sakinləri 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Kəndin ərazisi Həbilkəndə (Kalinin adına qəsəbə) birləşdirilimişdir.[12]