. Love.az

Sarikoynek - Wikipedia - Love.az

Ana Səhifə - Sarikoynek
Bu adın digər istifadə formaları üçün bax: Sarıköynək (dəqiqləşdirmə).

Sarıköynək (lat. Oriolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sarıköynəklər fəsiləsinə aid heyvan cinsi.

Sarıköynək
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Klad:
Psittacopasserae
Dəstə:
Sərçəkimilər
Klad:
Eupasseres
Yarımdəstə:
Oxuyan sərçələr
İnfradəstə:
Corvides
Fəsiləüstü:
Orioloidea
Fəsilə:
Sarıköynəklər
Cins:
Sarıköynək
Beynəlxalq elmi adı
  • Oriolus L., 1766[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  557999
NCBI  98139
EOL  45513638
FW  368088

Sarıköynək qaratoyuq boydadır. Çəkisi 70-90 qramdır. O həmişə sıx yarpaqların arasında gizlənir. Tüklərinin rəngi parlaq olduğundan tez gözə çarpır. Erkəklərinin rəngi qızılı-sarı, quyruğu qaradır, qara qanadlarının üzərində sarı ləkələri var. Sarıköynək öz yuvasını palıd və tozağacı meşələrində, ağacların bir-birindən aralı durduğu, günəş şüalarının yaxşı düşdüyü yerlərdə qurur. Bəzən çay kənarında da yaşayır. Balaca zənbilə oxşayan yuvasının içərisini mamır, yun, lələk ilə döşəyir və ora mayın axırında və ya iyunun əvvəllərində yumurta qoyur. 13-15 gün kürt yatır. 14-17 gündən sonra balalar yuvadan çıxırlar.

Sarıköynək yaxşı oxuması ilə yanaşı, həm də faydalı quşdur. O, meşələrə zərər verən tırtılları, hörümçəkləri, cücüləri və s. yeməklə böyük xeyir verir.

Yayılması

redaktə

Sarıköynəklər Avropada, Asiyada, Monqolustan və Çində, Sibirin meşə zonasında yayılmışdır. Afrikanın şimalında da yuva qurur. Mərkəzi və Cənubi Afrikada, Madaqaskarda, Hindistanda və Şri-Lankada da qışlayır. Respublikamızın meşələrinə, əsasən, aprelin axırında uçub gəlirlər.[3]

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
  2. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. ↑ "Sarıköynək". portal.azertag.az (az.). İstifadə tarixi: 2023-05-21.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sarıköynək&oldid=7041810"
LOVE.AZ