Sarıtala — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd.[3] 7 mart 2012-ci ildə Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir.[4]
Sarıtala | |
---|---|
40°43′49″ şm. e. 45°42′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6036[2] |
Xəritəni göstər/gizlə
|
Kənd XVIII əsrdə Xınna (indiki Yanıqlı) kəndindən çıxmış Ələkbər, Qasım və Ələsgər adlı qardaşların Sarıtala adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Talanın adı isə torpaq örtüyünün rəngi ilə bağlı olmuşdur.[5]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 446 | 218 | 228 |
2009[7] | ↘429 | ↘212 | ↘217 |
Kənddə Sarıtala kənd kitabxana filialı,[8] Sarıtala kənd klubu,[9] Sarıtala poçt şöbəsi (AZ6036)[10] fəaliyyət göstərir.
Kənddə Zabit Məmmədov adına Sarıtala kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12] 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır.[13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Sarıtala kənd xəstəxanası yerləşir.[14]