. Love.az

Sarmasiq Liqasi - Wikipedia - Love.az

Ana Səhifə - Sarmasiq Liqasi

Sarmaşıq Liqası (ing. The Ivy League) — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər.

Sarmaşıqla örtülmüş Prinston Universitetinin binası

Üzvlər

redaktə
 
Ali məktəblərin xəritə üzrə yerləşməsi
  • Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir.
  • Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir.
  • Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.
  • Yel Universiteti — 1701-ci ildə yaradılmışdır. Konnektikut ştatının Nyu-Heyven şəhərində yerləşir.
  • Kolumbiya Universiteti — 1754-cü ildə yaradılmışdır. Nyu-York şəhərində yerləşir.
  • Kornel Universiteti — 1865-ci ildə yaradılmışdır. Nyu-York ştatının İtaka şəhərində yerləşir.
  • Pensilvaniya Universiteti — 1740-cı ildə yaradılmışdır. Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşir.
  • Prinston Universiteti — 1746-cı ildə yaradılmışdır. Nyu-Cersi ştatının Prinston şəhərində yerləşir.

İstinadlar

redaktə
  • Rəsmi sayt. Arxivləşdirilib 2011-09-02 at the Wayback Machine ivyleaguesports.com
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sarmaşıq_Liqası&oldid=7114096"
LOVE.AZ