. Love.az

Sasaki Soici - Wikipedia - Love.az

Ana Səhifə - Sasaki Soici

Sasaki Soiçi (佐々木 惣一?, 28 mart 1878 – 4 avqust 1965) – Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır.

Sasaki Soiçi
yap. 佐々木惣一
Doğum tarixi 28 mart 1878(1878-03-28)
Vəfat tarixi 4 avqust 1965(1965-08-04) (87 yaşında)
Təhsili
  • Kioto Universiteti
Fəaliyyəti hüquqşünaslıq
Üzvlüyü
  • Yaponiya Elmlər Akademiyası (1939–)[1]
Mükafatları "Mədəniyyət" ordeni (Yaponiya) — 1952
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Qeydlər
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur.[2] 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır.[2] 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır.[2] 1913-cü ildə Kioto Universitetində professor olmuşdur.[2] Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir.[2] Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir.[2]

İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər.[2]

Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur.[2] O, 1952-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[2] Əsas əsərlərinə "Yaponiyanın inzibati hüququ" (1924), "Yaponiya konstitusiyasının mahiyyəti" (1933) və "Yaponiya konstitusiyası" (1949) aiddir.[2][a]

Qeydlər

redaktə
  1. ↑ Əsərlərin orijinal adları müvafiq olaraq "Nihon qyoseyho ron", "Nihon kenpo yoron" və "Nihonkoku kenpo ron" şəklindədir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Deceased Members: S | The Japan Academy.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 22 iyul 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sasaki_Soiçi&oldid=6544227"
LOVE.AZ