. Love.az

Satibey - Wikipedia - Love.az

Ana Səhifə - Satibey
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.

Sultan Satıbəy xatun — Elxanilər dövlətinin xatunu; Əbu Səid Bahadur xanın anabir bacısı, əvvəlcə Əmir Çoban Sulduz, ardınca Sultan Arpa xan, sonda da Süleyman xanın xatunu.

Sultan Satıbəy xatun
fars. السلطانه العادله ساتی بک خان خلدالله ملکها‎
Elxanilər sülaləsindən XIII elxan
(Çobanilərin iddiaçısı)
16 iyul 1338 – 1339
ƏvvəlkiMəhəmməd xan
SonrakıSüleyman xan
Şəxsi məlumatlar
Doğum tarixi 1300
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1345(?)
Fəaliyyəti siyasətçi
Atası Sultan Məhəmməd Xudabəndə Olcaytu xan
Anası Hacı xatun
Həyat yoldaşları Əmir Çoban Sulduz (1319-1328)
Sultan Arpa xan (1335-1336)
Süleyman xan (1340-1345)
Uşağı Əmir Surğan Sulduz
Ailəsi Çingizlilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Hakimiyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Satıbəy xatunun ilkin həyatına dair məlumat azdır. 1319-cu ildə Əmir Çoban Sulduz ilə evlənmişdi. 1327-ci ildə Əmir Çobanın üsyanından sonra əmir onu boşayaraq Əbu Səidin yanına göndərmişdi. 1334-cü ildə oğlu Əmir Surğan Sulduza Qarabağ hakimliyi verilərkən, o da oğlu ilə Qarabağa getdi. 1335-ci ildə Arpa xanla evləndi. 1336-cı ildə Arpa xanın ölümü ilə yenidən oğlunun yanına qayıdan Satıbəy xatun 1338-ci ilin iyulunda Əmir Həsən Sulduzun tərəfinə keçdi.

Hakimiyyəti

redaktə

Əmir Həsən Sulduz həmin ay Satıbəyi Elxanilər dövlətinin xatunu elan etdi. Lakin bu hakimiyyət az çəkdi, 1340-cı ildə devrilərək zorla Süleyman xanla evləndirildi. Haqqında son məlumat 1345-ci ildə verilir.[1]

Həmçinin bax

redaktə
  • Elxani hökmdarlarının siyahısı

İstinadlar

redaktə
  1. ↑ "Çobanilər - Encyclopedia Iranica". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.

Xarici keçidlər

redaktə
SƏLƏF
Məhəmməd xan
  Sultan Satıbəy xatun
Elxanilər
(Çobanilərin iddiaçısı)
  XƏLƏF
Süleyman xan
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Satıbəy&oldid=7478987"
LOVE.AZ