Sauthempton (ing. Southampton Island) — Kanada Arktik arxipelaqına aid iri ada. İnzibati vəhətdən Kanadanı Nunavut vilayəti ərazisində yerləşir.
Sauthempton adası | |
---|---|
ing. Southampton Island | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 41214 km² |
Uzunluğu |
|
Eni | 252 km |
Əhalisi | 721 nəfər (2001-ci il) |
Yerləşməsi | |
64°30′33″ şm. e. 94°30′13″ q. u.HGYO | |
Ölkə |
![]() |
Arxipelaq | |
Akvatoriya | |
![]() |
Adanın sahəsi 41 214 km²[1] təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 34-cü yerdə gedir. Sahil xətdinin uzunluğu 1944 km[2] təşkil edir.
Sauthempton adası Melvill yarımadasından Frozen-Streyt boğazı vastəsi ilə ayrılır[3]. Hudzon körfəzinin qərb sahilindən isə onu Ros-Velyam boğazı ayırır. Ən hündür nöqtəsi Matiasen dağıdır. Bell yarımadası cənub-şərqdə yerləşir[4].
Sauthempton adası Kanada ərazisində qış vaxtına keçməyən az saylı ərazilərdəndir.
Adada yeganə yaşayış məntəqəsi Koral-Harbordur. 2001-ci il məlumatına əsasən qəsəbədə 721 insan yaşayır.