. Love.az

Sayaci Sozler - Wikipedia - Love.az

Ana Səhifə - Sayaci Sozler

Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.

Nümunələr

redaktə

                                                                                                 
Nənəm, a narış qoyun,
Yunu bir qarış qoyun.
Bulamanı tez yetir,
Gözləyir uşaq, qoyun.

Balaca – balaca çəpişlər
Yovşanın başın dişlər
Gedər yaylağı gəzər
Gələr aranda qışlar.

Dağlardan endi qoyun
Dolaşdı bəndi qoyun
Süd-qaymağı bol eylə
Sevindir kəndi qoyun.


Mənbə

redaktə
  • Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri Arxivləşdirilib 2008-01-23 at the Wayback Machine
  • Şifahi xalq ədəbiyyatı Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine
  • Azərbaycan türklərinin xalq yaradıcılığı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sayaçı_sözlər&oldid=8129227"
LOVE.AZ