Sayonara, Zetsubou-Sensei (さよなら絶望先生?, azərb. Əlvida, Ümidsizlik müəllimi) – Koci Kumeta tərəfindən yaradılan manqa seriyası. 2005-ci ildən 2012-ci ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında yayımlanmış və 30 tankobon cildi buraxılmışdır. Manqada hadisələr pessimist və hər şeyə ümidsiz aspektlə yanaşan müəllim Nozomu İtoşiki və onun qəribə şagirdləri ətrafında cərəyan edir. Yaponiya cəmiyyəti, siyasət və media satirik şəkildə tənqid olunur. 2007-ci ildə manqa "Ən yaxşı şonen manqası" kateqoriyasında Kodansha mükafatına layiq görülmüşdür.
Sayonara, Zetsubou-Sensei | |||||||||||||||||||||
![]() Birinci tankobon cildinin üzlüyü. Personaj: Nozomu İtoşiki. | |||||||||||||||||||||
さよなら絶望先生 (Sayonara Zetsubō Sensei) | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Janr | qara komediya, satira | ||||||||||||||||||||
Manqa | |||||||||||||||||||||
Manqaka | Koci Kumeta | ||||||||||||||||||||
Nəşriyyat | Kodansha | ||||||||||||||||||||
İmprint | Shōnen Magazine Comics | ||||||||||||||||||||
Jurnal | Weekly Shōnen Magazine | ||||||||||||||||||||
Demoqrafiya | şonen | ||||||||||||||||||||
Nəşr tarixi | 27 aprel 2005 – 13 iyun 2012 | ||||||||||||||||||||
Cildlər | 30 (cild siyahısı) | ||||||||||||||||||||
Fəsil sayı | 302 | ||||||||||||||||||||
| |||||||||||||||||||||
![]() |
Manqa seriyası əsasında Shaft studiyası tərəfindən 3 mövsümlük anime serialı çəkilmiş və OVA-lar buraxılmışdır.
"Sayonara, Zetsubou-Sensei" manqasında hadisələr Nozomu İtoşiki adlı, həddən artıq pessimist olan lisey müəlliminin tərafında cərəyan edir. Seriyanın ən əvvəlində özünü sakura ağacından asaraq intihar etməyə çalışır, lakin həddən artıq optimist tələbəsi Kafuka Fuura tərəfindən xilas edilir. Kafuka ona deyir ki, belə gözəl gündə, xüsusilə bu cür gözəl ağacların önündə intihar edə bilməz. O, Nozomuya "Çəhrayı başçı" ləqəbi verir və ləqəbindən hər istifadəsinə görə ona 50 yen ödəyir. Məktəbdə sinif rəhbəri kimi işləməyə başlayan Nozomu orda Kafuka ilə qarşılaşır və onun şagirdi olduğunu öyrənir. Lakin daha sonra Nozomu fərqinə varır ki, Kafuka sadəcə aysberqin görünən tərəfidir, onun sinifi müxtəlif qəribə xüsusiyyətli şagirdlərlə doludur.
Hər fəsil və ya seriya həyatın və Yaponiya mədəniyyətinin müəyyən aspektləri və yapon dilində geniş yayılmış ifadədən bəhs edir. Burada götürülmüş mövzunun sərhədlərini həm məntiqi tərəfdən, həm söz oyunları ilə genişləndirməyə çalışırlar. Məsələn, epizodlarında birində görücü üsulu ilə evlilik mənasına gələn "omiai" sözü ilə söz oyunu edilərək Nozomunu göz kontaktı ilə evləndirməyə çalışırlar. Bir çox epizodda Nozomu əsasən pozitiv görünən aspektlərin mənfi tərəflərini tələbələrinə göstərməyə çalışır.