Seks təhsili (ing. Sex Education) — Con Cenninqsin prodüserliyi ilə istehsal olunmuş Böyük Britaniya komediya-dram teleserialı. Lauri Nann tərəfindən yaradılmışdır. Serial 11 yanvar 2019-cu ildə Netflix vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin fevralında ikinci mövsümü anons edilmişdir. Hekayə valideynləri seks terapistləri olan Otis Milbern adlı yeniyetmə gəncdən bəhs edir. Cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünə inanan, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır.
Seks təhsili | |
---|---|
ing. Sex Education | |
![]() | |
![]() Serialın posteri. | |
Janr | yeniyetmə dramı[d], LGBT ilə bağlı seriallar[d], yetkinlik yaşına çatmışlar üçün televiziya proqramı[d][1], komediya-dram |
İlk baxış tarixləri | 11 yanvar 2019 |
Prodüser | Con Cenninqs |
Yaradıcısı | Laurie Nunn[d] |
Rollarda | |
Şüar | "Təcrübə bəs etmir" |
Bəstəkar | Oli Culian |
İstehsalçı ölkə | |
Studiya |
Eleven Film Distribüter: Netflix |
Dil | ingilis dili |
Mövsüm sayı | 4 |
Seriya sayı | 32 |
Seriya vaxtı | 46–52 dəq. |
Davametmə müddəti | 11 yanvar 2019–21 sentyabr 2023 |
Telekanal | Netflix |
IMDb | ID7767422 |
Format | 4K (Ultra HD) |
netflix.com/title/801975… | |
![]() |
Teleserialın baş rol ifaçısı Eysa Batterfilddir. Bundan əlavə, onun sinif yoldaşı, aşiq olduğu qız Meyvi Emma Maki, Otisin anası və seks terapisti Cini Cillian Anderson, Otisin ən yaxın dostu Erik Efonqu Şuti Qatva, Erikə bullinq edən müdirin oğlu Adam Qroffu Konnor Suindels, məktəbin populyar tələbəsi Cekson Marçettini Kedar Vilyams-Stirlinq canlandırır.
"Seks tərbiyəsi" ümumilikdə tənqidçilərin müsbət rəylərini almışdır. Personajlar arasındakı münasibətlər və Qatvanın performansı bəyənilmişdir.
Otis Milbernin valideynləri seks terapistləridir və bu mövzuda xeyli məlumata sahibdir. Lakin oxuduğu məktəbdə elə də populyar deyil. Bir gün cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünəinamlı, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır.[2][3]
Netflix 28 noyabr 2017-ci ildə serialı sifariş etmişdir. Serial Lori Nann tərəfindən yaradılmışdır. İcraçı prodüserləri Ceymi Kampbell və Coel Uilsondur.[2][4] 4 dekabr 2018-ci ildə serialın 11 yanvar 2019-cu ildə yayımlanacağı bildirilmişdir.[5] 1 fevral 2019-cu ildə ikinci mövsümü anons edilmişdir.[6]
Əsas rollar 17 may 2018-ci ildə açıqlanmışdır.[7][8][9]
Çəkilişlər İngiltərədəki Vay dərəsində, eləcə də, Uelsin Lyandoqo, Tintern və Penart kimi yerlərində baş tutmuşdur. Murdeyl məktəbi üçün Cənubi Uels Universitetinin keçmiş korpusundan istifadə olunmuşdur.[10][11][12]
İlk rəsmi treyler 2 yanvar 2019-cu ildə, serialın özü isə 11 yanvar 2019-cu ildə buraxılmışdır.[13]
№ | Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal yayım tarixi |
---|---|---|---|---|
1 | "Seriya 1" | Ben Teylor | Lori Nann | 11 yanvar 2019 (2019-01-11) |
2 | "Seriya 2" | Ben Teylor | Lori Nann | 11 yanvar 2019 (2019-01-11) |
3 | "Seriya 3" | Ben Teylor | Sofi Qudhart | 11 yanvar 2019 (2019-01-11) |
4 | "Seriya 4" | Ben Teylor | Laura Nil & Lori Nann | 11 yanvar 2019 (2019-01-11) |
5 | "Seriya 5" | Keyt Herron | Sofi Qudhart & Laura Hanter | 11 yanvar 2019 (2019-01-11) |
6 | "Seriya 6" | Keyt Herron | Lori Nann & Freddi Sayborn | 11 yanvar 2019 (2019-01-11) |
7 | "Seriya 7" | Keyt Herron | Sofi Qudhart | 11 yanvar 2019 (2019-01-11) |
8 | "Seriya 8" | Keyt Herron | Lori Nann | 11 yanvar 2019 (2019-01-11) |