Seraya Şapşal (8 (20) may 1873, Bağçasaray, Tavriya quberniyası[d] – 18 noyabr 1961[1], Vilnüs) — Kəraim filoloqu, şərqşünası, filologiya elmləri doktoru, professor.
Seraya Şapşal | |
---|---|
pol. Seraja Szapszał | |
![]() | |
Doğum tarixi | 8 (20) may 1873 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 noyabr 1961(1961-11-18)[1] (88 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Kəraim |
Elmi dərəcəsi |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Seraya Şapşal 1873-cü il mayın 20-də Baxçasaray şəhərində Mordexay Şapşal və Akbike Kazasın ailəsində anadan olub. Ailədə sonuncu 12-ci uşaq olub. 9 aylıq olanda anası Akbike Kazas dünyasını dəyişib. S. Pigitanın rəhbərliyi ilə Baxçasaray və Simferopolda keçirilən karaim midraşlarına qatılıb. 1884-cü ildə atasının qərarı ilə böyük qardaşı Moşe ilə birlikdə rus dilini öyrənmək üçün Sankt Peterburqa gedib. 1886-cı ilə qədər Oxtensk Peşə Məktəbində sonra isə Qureviçin gimnaziyasında təhsil alb. 1894-cü ildə gimnaziyanı bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Burada Şərq dilləri fakültəsinə daxil olaraq ərəb, türk, fars və tatar dillərini öyrənir. 1896-cı ildə tələbə ikən "Krımda karaimlər və Çufut-Kale" adlı özünün ilk işini təqdim edib. 1899-cu ildə universiteti birinciliklə bitirərək professor V. D. Smirnovun rəhbərliyi ilə elmi işini davam etdirmək üçün türk-tatar ədəbiyyatı kafedrasında qalıb. Sankt-Peterburqda yerləşən müsəlman xeyriyyə cəmiyyətinə və Qızıl Xaç Bacılarının Qəyyumlar Komitəsinə işlərində kömək edib. Göstərdiyi fəaliyyətə görə 1913-cü ildə ona Qızıl Xaç nişanını taxmaq icazəsi verilib. 1899–1900-cü illərdə 212-ci Baxçasaray ehtiyat batalyonunda hərbi xidmət keçib.
1901-ci ildə Şərq dilləri fakültəsinin dekanı vəzifəsini icra edən V. Jukovskinin tövsiyəsi ilə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən İrana göndərilib. Burada o fars dilini öyrənməklə yanaşı Təbrizin Loğmaniyyə məktəbində rus dili və ümumi fənlərdən dərs keçib. O həmin dövrdə vəliəhd olan Məhəmmədəli şah Qacara da rus dili dərsi keçib. 1903-cü ildə vəliəhd tərəfindən tərcüməçi və katib olmaq təklifini alır. Təklifi qəbul etdikdən sonra Seraya Şapşal şah tərəfindən xan titulu və şahın müəllimi (Ədib əs-Soltan) adını alıb. Şapşal 1908-ci ildə Rusiyaya geri qayıdır. Onun İranakı xidməti həmişə rus mətbuatında polemikalara və ittiham xarakterli yazılara səbəb olurdu.
Peterburqa qayıtdıqdan sonra Xarici İşlər Nazirliyində tərcüməçi kimi fəaliyyət gösyərib. Bundan başqa 1909–1916-cı illərdə Peterburq Universitetində isə Şərq dilləri Fakültəsində türk dili dərsi keçib. Onun dərs keçdiyi tələbələr arasında Sergey Malov və Viktor Filolenko kimi türkoloqlar da olub. 1908-ci ilin payızında ilk dəfə imperator II Nikolaya təqdim olunub və onunla Oktyabr inqilabına qədər əlaqə saxlayıb. Rusiya qayıtdıqdan sonra Rusiya Arxeologiya Cəmiyyətinin, Rus Coğrafi Cəmiyyətinin, Tavrida Elmi Arxiv Komissiyasının (1912) üzvü və Rus Şərqşünasları Cəmiyyətinin sədr müavini olur. 1917-ci ildə həqiqi dövlət müşaviri rütbəsində olub.
1911-ci il avqustun 16-da Trakay şəhərinin karaim qaxamı seçilir. Ancaq özünü bu vəzifəyə hazır görmədiyi üçün və əsas iş yerində daha çox işinin olduğu üçün bunu qəbul etmir. 1915-ci il mayın 15-i Evpatoriyada Tavrida və Odessanın Karaim Ruhani İdarəsinin qaxamı seçilib və sentyabr ayının 10-u bu vəzifəyə təsdiqlənib.
1917-ci ildə Evpatoriyada öz vəsaiti ilə anasının xatirəsinə, yaşlı karaim qadınların qayğısına qalmaq üçün Akbike Şapşal adına "Yardım" Xyeriyyə Cəmiyyətinin, xeyriyyə məqsədləri olan Karaim Milli Məclisinin və Tavrida və Odessanın Karaim Ruhani İdarəsinin rəsmi yayım orqanının əsasını qoyub. Daha sonra Evpatoriyada "Karay Bitikligi" adlı karaim milli kitabxana-muzeyini yaradıb. Bu kitabxanada 5 min kitab və mindən artıq qədim ivritcə, ərəbcə və karaimcə olan əlyazma qorunurdu.
Öz tərcümeyi-halında, daha sonra isə çoxsaylı nəşrlərində Şapşal qeyd edib ki, 1919-cu ilin mart ayında Krımda olarkən sovet quruluşuna olan simpatiyasına görə denikinçilər tərəfindən təqib olunub. Və həbs olunmamaq üçün Qafqaza oradan isə Türkiyəyə getməyə məcbur olub. Ancaq arxiv sənədlərinə görə Şapşal bu müddət ərzində Krımda olub və 1920-ci ilin sonuna qədər Karaim Milli Məclisinin bütün iclaslarında iştirak edib və öz vəzifə öhdəliklərini yerinə yetirib. Çox güman o, Krımı 1920-ci ilin sonunda tərk edərək əvvəlcə Qafqaza daha sonra isə Türkiyənin İstanbul şəhərinə gedərək, burada bankların birinə tərcüməçi kimi işə düzəlib. 1921-ci ildə Yerusəlimə gedərək zəvvarlıq edib.
1927-ci il oktyabrın 23-də Polşadakı karaim icmalarının qaxamı seçilib və 1928-ci il sentyabrın 11-də Vilno şəhərində inauqurasiya mərasimi keçirilib. Vəzifəsi ilə bərabər müəllimlik də edib. 1929-cu ildən Polşa Elmlər Akademiyasının baş əməkdaşı, 1935-ci ildən isə Polşa Şərqşünaslar Assosiasiyasının vitse sədri olub. 1930-cu ildə Lvov Universiteti tərəfindən şərq dilləri üzrə fəlsəfə doktoru adını alıb. 1939-cu ildən Vilnüs Universitetinin Filologiya fakülətisinin şərq dilləri kafedrasına professoru olub.