Müasir Serb-Bizans, Neo-Bizans və ya Serb milli memarlıq üslubu Serb memarlığında 19-cu əsrin ikinci yarısından 20-ci əsrin birinci yarısına qədər davam etmiş üslubdur. Bu üslub orta əsr Serb-Bizans məktəbi ənənəsindən yaranıb və Neo-Bizans üslubunun bir hissəsi olmuşdur.
Müasir Serb-Bizans memarlıq üslubunun başlanğıcı 19-cu əsrin birinci yarısında Avropada yayılmış, Serb torpaqlarında isə əsrin ortalarında ortaya çıxmış və son onilliklərə qədər yaşamış romantizm ruhunda olan bir üslubdur. Bu üslubun tətbiq olunması Serbiya knyazlığında yeni gələn "qərb üslubunun" ( klassisizm, neo-barokko ) təsirlərinə müqavimət kimi xarakterizə oluna bilər.[1] Bu stil Serb-Bizans memarlıq irsinin formaları və bəzəkləri ilə özünü göstərir. Bu memarlıq üslubu kilsə memarlığı ilə ciddi şəkildə bağlı deyil; əslində bu üslub dünyəvi memarlıqda da tətbiq edilirdi. Bu da Modern istiqamətinin təsiri ilə sıx bağlı olmuşdur.[1]
Müasir Serb-Bizans memarlıq üslubu üç dövrdən ibarətdir: birinci və ya erkən dövr Bizans memarlığının elementləri ilə qərb üslubunun sintezini təşkil edir. Tipik bir nümunə, Smederevodakı Müqəddəs Georgi kilsəsidir, burada (Qərb üçün xarakterik) beş günbəz görünür. İkinci dövr Serbiyanın krallıq kimi genişlənməsi və möhkəmlənməsi (1882-1914) ilə bağlıdır. Bu dövrdə çox sayda kilsə tikilir, nadir hallarda digər tikintilərə yol verilirdi. Həmin dövr üçün Serbiya krallığının ərazisindən kənarda nümunələr nadir hesab edilir. Üçüncü və son dövr iki dünya müharibəsi arasındakı (1918-1939) dövrlə əlaqədardır, o zaman üslubun bütün Serblər, Xorvatlar və Slovenlər Krallığında, daha sonra Yuqoslaviya krallığında qəfil genişlənməsi baş verir. Bundan əlavə, həmin dövrdə serb diasporu ilə əlaqəli məmarlıq nümunələri də var, məsələn, Karlo Masiaçini tərəfindən hazırlanmış Triestdəki Müqəddəs Spiridon kilsəsi. Bu dövrdə tikililər eyni dərəcədə dini və dünyəvi stildə olmuşdur.
İkinci Dünya müharibəsi və sonrakı dövr dönüş nöqtəsi oldu. Kommunizmin gəlişi ilə müharibədən sonra Serb memarlığında tarixçiliyin bütün formaları, o cümlədən Serb-Bizans üslubu rədd edilir.[1] Bu üslub kilsə və monastır kimi yeni dini binaların tikintisi ilə ancaq Sosialist Yuqoslaviyanın süqutundan sonra geri qayıda bildi.
Bu üslubun görkəmli memarları: