. Love.az

Sergey Soyqu - Wikipedia - Love.az

Ana Səhifə - Sergey Soyqu

Sergey Küjüget oğlu Şoyqu (rusca: Серге́й Кужуге́тович Шойгу́; tuva: Сергей Күжүгет оглу Шойгу; 21 may 1955[1], Çadan, Tuva Muxtar Vilayəti[d]) — rus dövlət və hərb xadimi, Rusiya Federasiyasının müdafiə naziri (2012–2024), ordu generalı (2003), Rusiya Federasiyasının Qəhrəmanı (1999).

Sergey Şoyqu
tıva Сергей Күжүгет оглу Шойгу
rus. Серге́й Кужуге́тович Шойгу́
Rusiya Federasiyasının müdafiə naziri
6 noyabr 2012 – 12 may 2024
ƏvvəlkiAnatoli Serdyukov
Moskva vilayətinin qubernatoru
11 may – 6 noyabr 2012
Rusiya Federasiyasının fövqəladə hallar naziri
17 aprel 1991 – 11 may 2012
Vahid Rusiya Partiyasının sədri
1 dekabr 2001 – 15 aprel 2005
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1955(1955-05-21)[1] (69 yaş)
Doğum yeri
  • Çadan, Cun-Xemçik rayonu[d], Tuva Muxtar Vilayəti[d], RSFSR, SSRİ
Partiya
  • Vahid Rusiya (2001–)[2],
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, iqtisadçı, inşaat mühəndisi[d]
Atası Kujuget Şoyqu
Dini şərqi ortodoks xristianlıq
Hərbi xidmət
Mənsubiyyəti Rusiya
Qoşun növü Rusiya Silahlı Qüvvələri
Döyüşlər
  • Rusiyanın Ukraynanı işğalı (2022)
Rütbəsi Ordu generalı (Rusiya)
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı — 1999
Order pro Merito Melitensi (Malta cəngavərləri) Qılınclı "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya) — 2014 Order "For Merit to the Fatherland", 1st class with swords (Rusiya) — 2020 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) — 2010 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) — 2005 "Aleksandr Nevski" ordeni (Rusiya) — 2014 "Şərəf" ordeni (Rusiya) — 2009 "Şəxsi cəsarətə görə" ordeni — 1994 "Azad Rusiyanın müdafiəçisi" medalı — 1993 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı (Rusiya) "Moskvanın 850 illik xatirəsinə" medalı (Rusiya) — 1997 "Ümum-Rusiya əhalisinin siyahıyaalınmasında xidmətlərə görə" medalı "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı (Rusiya) — 2003 Medal "In Commemoration of the 1000th Anniversary of Kazan" (Rusiya) Q4286990 (Rusiya) "Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı (Rusiya) Medal «For diligence in performing engineering tasks» (Rusiya) "Müdafiə nazirliyinin 200 illiyi" medalı (Rusiya) "Krımın qaytarılmasına görə" medalı (Rusiya) "Osetiyanın şöhrətinə" medalı (Rusiya) Q4286849 (Rusiya) 1-ci dərəcəli "Dostluq" ordeni (Qazaxıstan) "Qırmızı bayraq" ordeni (Monqolustan Xalq Respublikası) Order for bravery (Abxaziya Respublikası) "Serbiya bayrağı" ordeni "Danaker" ordeni (Qırğızıstan) "Rusiya Daxili İşlər Nazirliyinin 200 illiyi" medalı Q4287015 (Rusiya) Q4286882 (Rusiya) "Dank" medalı (Qırğızıstan) Tıva Respublikasının Ordeni (Rusiya) Q4240311 (Rusiya) "Xidmətlərə görə" ordeni (Rusiya) Q4286937 (Rusiya)
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi — 1993 Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı "Dostluq" ordeni (Qırğızıstan)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə
 
Sergey Şoyqu, Rusiya Prezidenti Vladimir Putin və Baş Qərargah rəisi Valeri Gerasimov "Mərkəz-2019" hərbi təlimlərində. Orenburq vilayətində Donguz poliqonu. 20 sentyabr 2019-cu il.

Sergey Şoyqu 1955-ci il mayın 21-də Tuva Muxtar Vilayətinin Çadan qəsəbəsində dünyaya gəlib. Atası Tuva türklərindən — Kujuqet Seree oğlu Şoyqudur, anası isə milliyətcə rusdur.[3] Tuva Respublikasının Kızıl şəhərində yerləşən 1 nömrəli məktəbdə təhsil alıb.[4] Şoyqu soyadının da maraqlı tarixçəsi var. "Rusiyanın Səsi" radiosunun məlumatına görə, S. Şoyqunun atası Kuşaget dünyaya gələndə yerli hökumət məmuru onun adı ilə soyadını qarışdıraraq yanlışlıqla Şoyqu yazır və beləcə də qalır.[5]

Maraqlıdır ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili olmayıb. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi üzrə bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. 1988-ci ildə Kommunist Partiyasına üzv olub, 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə dayanmadan 18 il çalışıb. Rusiyanın müasir tarixində ən çox vəzifədə qalan nazirdir. 2012-ci ildə bir müddət Moskva vilayətinin qubernatoru təyin olunan Şoyqu elə həmin il Putin tərəfindən müdafiə naziri vəzifəsinə gətirilib.[6][7]

1999-cu ildən hakim Vahid Rusiya Partiyasının üzvü olan Şoyqu Putinə ən yaxın şəxslərdən hesab olunur. Rusiya Federasiyası qəhrəmanı medalına layiq görülmüş S. Şoyqu eyni zamanda beynəlxalq yanğınsöndürənlər və xilasedicilər idman Federasiyasının sədridir.[8] Futbol oynamaq, at sürmək kimi idman növlərinə meyilli olduğu bilinən müdafiə nazirinin Rusiyada ən qiymətli hesab oluan 40 milyon dollar dəyərində qılınc kolleksiyasına sahib olduğu iddia edilir.

 
Hərbi parad zamanı, 9 may 2014-cü il.

Sergey Şoyqunun adı son illərdə Rusiya ordusunun modernləşdirilməsində müsbət mənada hallansa da, onun haqqında rüşvət və korrupsiya ittihamları da var. Bir qədər əvvəl Rusiya mətbuatı Şoyqunun Müdafiə Nazirliyinin obyektlərinin dəyərindən ucuz qiymətə satılmasında ittiham olunduğunu yazıb. Rusiyanın müdafiə naziri ruscadan başqa, 3 dildə — ingilis, türk və yapon – danışa bilir. Ailəlidir, iki qızı var.

14 aprel 2022-ci ildə Leonid Nevzli, Şoyqunun infarkt keçirdiyi və sağaldıqdan sonra əlil ola bilmə ehtimalı ilə əlaqədar "Tvitter"də paylaşım edib. [9]

Həmçinin bax

redaktə
  • Rusiya Silahlı Qüvvələri
  • Rusiya Quru Qoşunları

İstinadlar

redaktə
  1. ↑ 1 2 Sergej Schojgu // Munzinger Personen (alm.).
  2. ↑ https://pestisracok.hu/lavrov-es-sojgu-fogja-vezetni-az-egyseges-oroszorszag-jeloltlistajat-az-orosz-parlamenti-valasztason/.
  3. ↑ Шойгу Сергей. "Эхо Москвы :: Без дураков: Сергей Шойгу". Эхо Москвы. 2008-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
  4. ↑ "Первой школе Кызыла - 95 лет". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
  5. ↑ "Государственный деятель Тувы Кужугет Шойгу похоронен в Москве". 2016-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
  6. ↑ "Murmansk Governor Out, New Moscow Region Governor In - News". The Moscow Times. 2014-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
  7. ↑ "Putin sacks Defense Minister amid embezzlement probe, replaces with ex-Emergencies Minister Shoigu". RT English. 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
  8. ↑ ""General information about Federation"". 2012-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  9. ↑ "14 апреля 2022. Шойгу выбыл из игры, возможно, он станет инвалидом, если выживет". 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.

Xarici keçidlər

redaktə
  Vikianbarda Sergey Şoyqu ilə əlaqəli mediafayllar var.
  • Биография на официальном сайте Министерства обороны России Arxivləşdirilib 2015-12-11 at the Wayback Machine
  • Биография на официальном сайте ИТАР-ТАСС Arxivləşdirilib 2012-04-11 at the Wayback Machine
  • Биография на официальном сайте Правительства России
  • Сергей Шойгу на Форуме Министерства обороны Российской Федерации
  • Биография на официальном сайте МЧС России Arxivləşdirilib 2011-11-08 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sergey_Şoyqu&oldid=8122121"
LOVE.AZ