. Love.az

Sergey Utockin - Wikipedia - Love.az

Ana Səhifə - Sergey Utockin

Sergey İsayeviç Utoçkin (rus. Серге́й Иса́евич У́точкин; 30 iyun (12 iyul) 1876, Odessa, Xerson quberniyası – 31 dekabr 1915 (13 yanvar 1916), Petroqrad) — ilk rus aviatorlarından və sınaqçı təyyarəçilərindən biri. Hərtərəfli və istedadlı idmançı. 1910–1914-cü illərdə Rusiyada aviasiyanın populyarlaşdırılmasında onun çox böyük rolu olmuşdur. Rusiya imperiyasının bir çox şəhərlərində onlarla nümayiş uçuşları həyata keçirmişdir.

Sergey Utoçkin
Doğum tarixi 30 iyun (12 iyul) 1876
Doğum yeri
  • Odessa, Odessa qəzası[d], Xerson quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 31 dekabr 1915 (13 yanvar 1916) (39 yaşında)
Vəfat yeri
  • Petroqrad, Rusiya imperiyası
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Aleksandr Nevski Lavranın Nikolskoye qəbiristanlığı[d]
Fəaliyyəti pilot, yarış avtomobili pilotu[d], boksçu, futbolçu, atlet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı şəhərinin üzərindən uçan ilk təyyarəni də 20 oktyabr 1910-cu ildə Sergey Utoçkin idarə etmişdir.[1] Bu uçuşu o, həmin dövrdə aviatorlar arasında çox məşhur olan "Farman-4" fransız aeroplanı ilə yerinə yetirmiş, uçuşa baxmaq üçün 20 mindən artıq insan toplaşmışdı.[2] 28 oktyabr tarixində təşkil edilən uçuşlarda isə dövrünün məşhur pilotlarından biri olan Adam Qaber-Vlınski (1883–1921) iştirak etmişdi.[3]

Odessada Utoçkinə qoyulmuş abidə

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2014-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
  2. ↑ Новое время. — 1910. — 23 октября.
  3. ↑ "Arxivlənmiş surət". 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sergey_Utoçkin&oldid=7958485"
LOVE.AZ