. Love.az

Sergey Yutkevic - Wikipedia - Love.az

Ana Səhifə - Sergey Yutkevic
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Sergey İosifoviç Yutkeviç (rus. Сергей Иосифович Юткевич; 15 (28) dekabr 1904[1][2], Sankt-Peterburq[7] – 24 aprel 1985[3][4][…] və ya 23 aprel 1985[5][6][…], Moskva) — Sovet kinorejissoru və ssenaristi.

Sergey Yutkeviç
rus. Сергей Иосифович Юткевич
Doğum tarixi 15 (28) dekabr 1904[1][2]
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası[7]
Vəfat tarixi 24 aprel 1985(1985-04-24)[3][4][…] (80 yaşında) və ya 23 aprel 1985(1985-04-23)[5][6][…] (80 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Fəaliyyəti kinorejissor, ssenarist, aktyor, rejissor, professor, teatr rejissoru, səhnə dizayneri, rəssam, teatr pedaqoqu[d]
Fəaliyyət illəri 1925–1980
Təhsili
  • Vxutemas[d]
İstiqamət sosialist realizmi
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • SSRİ Kinematoqrafçılar İttifaqı,
  • SSRİ XDİK mahnı və rəqs ansamblı[d]
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1974
"Lenin" ordeni — 1964 "Lenin" ordeni — 1967 "Lenin" ordeni — 1974 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1939 "Xalqlar dostluğu" ordeni — 1984 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı — 1941 2-ci dərəcəli "Stalin" mükafatı — 1947 SSRİ xalq artisti — 1962 RSFSR xalq artisti — 1957 RSFSR əməkdar incəsənət xadimi — 1935 SSRİ Dövlət mükafatı — 1967 SSRİ Dövlət mükafatı — 1983
IMDb ID0951170
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
    • 2.1 Rejissor fəaliyyəti
    • 2.2 Ssenarist fəaliyyəti
  • 3 İstinadlar

Həyatı

redaktə

Sergey İosifoviç Yutkeviç 28 dekabr 1904-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1921–1923-cü illərdə o, V.E. Meyerholdun kursunda təhsil almışdır. 1938-ci ildə "Tüfəngli adam" işinə quruluş verir. Rejissor eləcə də Lenin mövzusuna xüsusilə diqqət yetirirdi. Onun yaradıcılığında əsas yer tutan bu mövzu əsasında Yutkeviç "Lenin haqqında hekayələr" (1957), "Lenin Polşada" (1966), "Lenin Parisdə" (1981) filmlərini çəkmişdir. Onun dünya kinematoqrafiyasına bəxş etdiyi ən böyük miqyaslı və ən möhtəşəm ekran əsəri isə Vilyam Şekspirin "Otello" faciəsi əsasında yaratdığı eyniadlı film olmuşdur. Həmin filmin uğurunun bir hissəsini də baş rolu məharətlə canlandırmış Sergey Bondarçuku hesab etmək olar. 1955-ci ildə ekranlara çıxmış "Otello" filmi Sergey Yutkeviç yaradıcılığında ən çox tamaşaçı auditoriyası toplamış film idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır[8].

Sergey Yutkeviç ÜDKİ-də dərs demişdir. Onun tələbələri sırasında Azərbaycanın görkəmli kinorejissorları Tofiq Tağızadə və Əjdər İbrahimovun da adlarını çəkmək olar.

Sergey İosifoviç Yutkeviç 23 aprel 1985-ci ildə vəfat etmişdir.

Filmoqrafiya

redaktə

Rejissor fəaliyyəti

redaktə
  1. Qara yelkən (1929)
  2. Qarşıdan gələn (1932)
  3. Şaxtaçılar (1937)
  4. Tüfəngli adam (film, 1938)
  5. Yakov Sverdlov (1940)
  6. Şveyk döyüşə hazırlaşır (1942)
  7. Şveykin yeni sərgüzəştləri (1943)
  8. Salam, Moskva (1945)
  9. Rusiya üzərində işıq (1947)
  10. Üç görüş (1948)
  11. Prjevalski (1951)
  12. Otello (film, 1955)
  13. Lenin haqqında hekayələr (film, 1957)
  14. Lenin Polşada (film, 1966)
  15. Lenin Parisdə (film, 1981)

Ssenarist fəaliyyəti

redaktə
  1. Otello (film, 1955)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Юткевич Сергей Иосифович // warheroes.ru (rus.). 2000.
  2. ↑ 1 2 http://wysotsky.com/0009/573.htm.
  3. ↑ 1 2 Sergej Jutkevič // (unspecified title).
  4. ↑ 1 2 Sergei Iossifowitsch Jutkewitsch // Brockhauz Ensiklopediyası (alm.).
  5. ↑ 1 2 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  6. ↑ 1 2 Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  7. ↑ 1 2 Юткевич Сергей Иосифович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. ↑ "Festival de Cannes. Le Palmarès 1956". 2015-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sergey_Yutkeviç&oldid=7153687"
LOVE.AZ