. Love.az

Serveyer Proqrami - Wikipedia - Love.az

Ana Səhifə - Serveyer Proqrami

Serveyer proqramı(ing. Surveyor program) — NASA tərəfindən 1966-cı ilin iyul ayından, 1968-ci ilin yanvar ayına qədər Ayın səthinə 7 kosmik robot göndərilməsindən ibarət missiyadır. Proqramın əsas məqsədi Ay səthinə təhlükəsiz eniş etməyin mümkünlüyünü göstərmək idi. Serveyer proqramı ümumi dəyəri rəsmi olaraq 469 milyon $ təşkil etmişdir.

Serveyer zondunun maketi

Serveyer 1 də daxil olmaqla 7 kosmik robotdan 5-i Ay səthinə təhlükəsiz eniş edə bildilər. Serveyer 2 və Serveyer 4 missiyaları isə uğursuz oldu. 7 kosmik robot hələ də Ay səthində qalmaqdadır. Serveyer proqramı çərçivəsində göndərilən kosmik robotlardan heç birinin Yerə qayıtması planlaşdırılmamışdı. Serveyer 3-ün bəzi hissələri Apollon 12 missiyasının ekipajı tərəfindən Yerə gətirilib. Bu zondun kamerası Milli Hava və Kosmik Muzeyində saxlanılır.

Həmçinin bax

redaktə
  • Vikinq proqramı
  • Reyncer proqramı
  • Yeni hüdudlar
  • Voyacer proqramı
  • Pioner proqramı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Serveyer_proqramı&oldid=7537141"
LOVE.AZ