. Love.az

Sevgi Sevgi Sevgi - Wikipedia - Love.az

Ana Səhifə - Sevgi Sevgi Sevgi

"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir.

Sevgi, sevgi, sevgi
(ing. Love Love Love)
Janr melodram
Rejissor Babbar Subxaş
Ssenari müəllifi Babbar Subxaş
Baş rollarda Əmir Xan
Cuhi Çavla
Bəstəkar Bappi Laxiri
İstehsalçılar Eros International,
Paperdoll Entertainment
Distribütor Netflix
İlk baxış tarixi 1989
Müddət 145 dəq.
Ölkə Hindistan Hindistan
Dil hindcə
İl 1989
IMDb ID0097784

Mündəricat

  • 1 Film haqqında
  • 2 Film üzərində işləyənlər
    • 2.1 Filmin heyəti
    • 2.2 Rollarda
  • 3 Xarici keçidlər

Film haqqında

redaktə

Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır. Amit isə bir söz demədən geri qayıdır. Günlərin bir günü Viki Rimaya deyir: "Sən ya mənim olacaqsan, ya heç kimin". Bu sözləri eşidən Amit Vikini öldürür. Vikinin atası Amitdən oğlunun qisasını almaq istəyir. Amma bunu bacarmır. Filmin sonunda Amit ilə Rima evlənir.

Film üzərində işləyənlər

redaktə

Filmin heyəti

redaktə
  • Rejissor — Babbar Subxaş
  • Prodüser — Babbar Subxaş
  • Ssenari müəllifi — Babbar Subxaş
  • Bəstəkar — Bappi Laxiri

Rollarda

redaktə
  • Əmir Xan — Amit
  • Cuhi Çavla — Rima
  • Gülşən Qrover — Viki
  • Dalip Tahil — Amitin atası
  • Raza Murad — Vikinin atası
  • Om Şivpuri — Rimanın atası

Xarici keçidlər

redaktə
  • Sevgi, Sevgi, Sevgi filmi izlə (ingilis dilində)
  • Sevgi, Sevgi, Sevgi filmi izlə (rus dilində)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sevgi,_sevgi,_sevgi_(film,_1989)&oldid=7480814"
LOVE.AZ